"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sabunçu bələdiyyəsinin 2021-ci ilin hesabat MəRUZəSi

--2022-02-28 / 12:24

2021-ci təqvim ili də 2020-ci ildə olduğu kimi covid-19 pandemiyasının törətdiyi fəsadlarla yadda qaldı. Lakin, ölkə başçısı cənab ilham əliyevin apardığı çevik daxili və xarici siyasət nəticəsində ölkəmizə çoxlu sayda vaksin gətirilmiş, əhalinin vaksiyasıyasına başlanılmışdır. Covid-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə əhalinin peyvənd olunması işində mütəmadi olaraq fəal təbliğat işləri aparılır. Pandemiyaya qarşı aparılan mübarizə tədbirləri ilə yanaşı abadlıq quruculuq işləri də davam etdirilmişdir.

Sabunçu bələdiyyəsi də öz daxili imkanları hesabına rayonumuzda eləcə də qəsəbəmizin ərazisində aparılan bütün tədbirlərdə fəal iştirak etmişdir. 44 günlük vətən müharibəsindən sonra şəhid ailələrinə, şəhid bulaqlarının tikintisinə və yolların təmirinə öz köməkliyini göstərmişdir.     Belə ki, 2021-ci il ərzində şəhər şossesi küçəsində-2660 m2 , E.Mehdiyev küçəsində-390 m2, G.əsgərova küçəsində-1160 m2 və Q.Vəzirov küçəsində-1471 m2 məhəllə daxili yollara asvalt örtüyü və ya asvalt qırıntıları salınmışdır. E.Mehdiyev və Natəvan küçələrində 3 müxtəlif yerdə məişət tullantılarının yığılıb daşınması üçün meydança inşa edilmişdir.

əfəndiyev və A.əsədullayev küçələrinin kəsişməsində yerləşən Park Bələdiyyənin daxili vəsaiti hesabına tamamı ilə yenidən qurulmuş, S.Hüseyn keçəsindəki park isə qismən təmir olunmuşdur.

Ötən 2021-ci il ərzində Sabunçu bələdiyyəsində vətəndaşların qəbulu, ərizə-şikayətlərə baxılması məsələləri və telefon zəngləri də diqqətdən kənarda qalmamışdır. Vətəndaş müraciəti əsasən təmin olunmaqla müvafiq tövsiyyələr verilmişdir.

Qəza şəraiti yaradan ağacların Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq götürülməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyi, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə və Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciətlər edilmişdir. ş.şossesi küçəsində kanalizasiya xəttinin təmiri ilə əlaqədar Azərsu ASC-nin Sabunçu rayonu Su kanal Departamentinə və digər məsələlərlə əlaqədar aidiyyatı üzrə müvafiq qurumlara müraciətlər ünvanlanmışdır. Müraciətlərimiz qismən də olsa icra olunmuş və müəyyən məsələlər icraata götürülmüşdür.

2021-ci ildə Covid-19 pandemiyası davam etmiş, müəyyən dövrlərdə ağırlaşmalar olmuşdur. Ona görə də əhali arasında vaksinləşmə tədbirləri keçirilməsi məqsədi ilə təbliğat işlərinin aparılmasında bələdiyyə işçilərinin də üzərinə mühüm vəzifələr düşmüşdür. Bütün çətinliklərə baxmayaraq hesabat ilində bələdiyyənin büdcə gəlirləri üzrə nəzərdə tutulan plan-proqnoz yerinə yetirilmişdir. il ərzində daxil olmuş maliyyə vəsaitindən;

       Abadlıq işlərinin görülməsinə-47911 man

       işçilərin əmək haqqısına-65401 man

       DSMF-na-20170 man

       imkansız, şəhid və əlil ailələrinə-230 man

       Bank,Poçt və telefon internet haqqına-4625 man

       Azərbaycan OYF-na-1200 man

       AQB Milli Assosiasiyasına-1850 man

       şəhidlər Xiyabanına – 1952 man

       Həmkarlara – 550 man

Auditor xidmətinə-1500 man

Abunə haqqına – 1234 man

Bayram və digər tədbirlərə-1720 man

Yanacaq və nəqliyyat haqqı-1380 man

Bələdiyyənin digər xərclərinə-30916,00 manat maliyyə vəsaiti xərclənmişdir.

Bələdiyyə büdcəsinin əsasını yerli vergilər əmlak və torpaq vergiləri təşkil edir.

Sabunçu qəsəbəsinin inzibati ərazisinin çox hissəsi Neft torpaqları olduğundan burada yaşayan sakinlər vergi ödənişində lazımı fəallıq göstərmirlər. Qəsəbəmizin ərazisində il ərzində fiziki və hüquqi şəxslərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin inventarlaşdırılması işləri davam etdirilir.

Qəsəbə ərazisində sənədsiz yaşayış evləri və qeyri-yaşayış sahələri üstünlük təşkil edir. Bundan istifadə edən sakinlər və obyekt sahibləri vergi ödəməkdən yayınırlar. Bu da bələdiyyə büdcəsinin fosmalaşmasına və qəsəbə sakinlərinin sosial və digər məsələlərinin həllində çətinliklər yaradır. Ölkə başçısı Müzəffər Ali Baş Komandan ilham əliyev cənablarının sərəncamına əsasən rayon icra Hakimiyyətinin rəhbərliyi və Qəsəbə Nümayəndaliyinin yaxından köməkliyi ilə həmin ev və obyektlərin sənədləşdirilməsi məqsədi ilə inventarlaşdırılma işləri bu il də davam etdirilir.

inanıram ki, bu da sözügedən problemin müəyən müddətdə həll edilməsinə öz töhvəsini verəcəkdir. Bütün görülən işlərdə rayon icra Hakimiyyətinin rəhbərliyi və qəsəbə icra Nümayəndəliyinin bələdiyyəmizə yaxından dəstəyi olmuşdur.

Gündəlik işimizdə qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.

 əlfəddin Həsənov

Sabunçu bələdiyyəsinin sədri                                          

 

 

 

 

ŞƏRHLƏR