"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sabunçu bələdiyyəsinin sədri istefa verib

--2015-10-30 / 12:37

Sabunçu bələdiyyəsinin sədri Simuzər Kərimova vəzifəsindən istefa verib. Bələdiyyədən daxil olan məlumatda bildirilir ki, bu günlərdə bələdiyyə iclasında sədrin istefası qəbul edilib və Pərviz Namazov bələdiyyə sədri seçilib.

Sədrin hansı səbəbdən istefa verməsi açıqlanmasa da S.Kərimovanın az müddət ərzində bələdiyyənin əvvəlki borclarının silinməsinə və bələdiyyə qulluqçularının əməkhaqqı borclarının verilməsinə nail olduğu deyilir.

iclasda yeni seçilən sədr fəaliyyət proqramını açıqlayaraq  üzvləri maraqlandıran suallara cavab verib.

Qeyd edək ki, Sabunçu bələdiyyəsi Sabunçu rayonunda formalaşan 10 bələdiyyədən biridir.

Belediyye.info

 

ŞƏRHLƏR