"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sabunçu rayon bələdiyyə qulluqçuları Bakıxanova niyə toplaşdılar?

--2017-03-16 / 18:18

 Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin inzibati binasında Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqının Sabunçu rayon Komitəsinin  hesabat-seçki konfransı keçirilib.

Bu barədə məlumat  adıçəkilən bələdiyyədən daxil olub.

Konfransda təşkilatı məsələyə baxılmış və Bakıxanov bələdiyyəsinin sədrinin 1-ci müavini Nadir Həsən oğlu əsədov Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının Sabunçu rayon Komitəsinin sədri seçilib. Eyni zamanda N. əsədov Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqının Qurultayına  Sabunçu rayonundan nümayəndə seçilib. 

Konfransın işində ittifaqın  hüquqşunası  Məhəmməd Kərimov  və Sabunçu rayon Bələdiyyələr şurasının sədri Ramiz  Nəsibov iştirak edib.

Belediyye.info

ŞƏRHLƏR