Sabunçu rayonu Balaxanı Bələdiyyəsi Nizamnaməyə uyğun olaraq 2021 ci il ərzində tədbirlər planı üzrə müəyən olunmuş işləri həyata keçirmişdir. “Covid-19” pandemiyasının qarşısının alınması məqsədi ilə aparılan profilaktik təbliğat işlərində fəal iştirak etməklə ölkədə dinamik sürət alan sosial iqtisadi inkişaf rayonumuzda da müşahidə olunmaqdadır. Ötən 2021-ci il ərzində Sabunçu rayonunda eləcə də Balaxanı qəsəbəsində böyük işlər görülmüşdür. Bu işlər bu gündə davam etdirilir. Balaxanı bələdiyyəsi də öz daxili imkanları hesabına “20 yanvar” şəhidlərinin anım günündə şəhidlər xiyabanına və Balaxanı qəsəbəsində yerləşən parkda keçirilən tədbirlərdə iştirak etmiş, şəhidlərin xatirə lövhəsi önünə gül dəstələri qoymuşdur. Qəsəbə ərazisində yaşayan aztəminatlı ailələr daim diqqət mərkəzində olmuşdur. Ötən 2021-ci il ərzində Bələdiyyəyə 175 ərizə daxil olmuşdur. Vətəndaşlara və müxtəlif təşkilatlara 93 məktub ünvanlanmışdır. Demək olar ki, bütün müraciətlər operativ olaraq cavablandırılmışdır,
il ərzində Bələdiyyə büdcəsinə 82257 manat maliyyə vəsaiti daxil olmuşdur. Ondan il ərzində əmək haqqına 27026 manat, qəsəbə ərazisində abadlıq işlərinə 20977 manat, avtonəqliyyat xərclərinə 4697 manat, Bələdiyyə binasının cari təmirinə 4695 manat, DSMF-na 5572 manat, Az.OYF-na 814 manat, imkansız və şəhid ailələrinə 2720 manat, abunə haqqına 650 manat, poçt və bank xidmətinə 3124 manat, Auditor xidmətinə 1150 manat, AzQBMA-na 1800 manat, TTQT Servisə olan borcun ödənilməsinə 6700 manat, şəhidlər Xiyabanına gül alınmasına 300 manat, Həmkarlara 194 manat və bələdiyyənin diğər xərclərinə 8428 manat xərclənmişdir. 2021-ci il ərzində Bələdiyyənin ümumilikdə 17 iclası kecirilmiş və iclaslar zamanı bir çox məsələlər müzakirə olunaraq həll edilmişdir.
Ölkə başçısı Möhtərəm Prezidentimiz ilham əliyevin sərəncamına əsasən sənədsiz evlərin sənədləşdirilməsi istiqamətində aparılan inventarlaşdırılma işləri bu gün də davam etdirilir. Bələdiyyəmiz BAMS proqramına qoşulduğu üçün vətəndaşların qeydiyyat sistemində statistiq məlumatların dəqiqməşdirilməsi vergi ödəyicilərinin qeydiyyatının bazaya yerləşdirilməsi işləri davam etdirilir. Bəyədiyyə büdcəsinin əsasını əmlak və torpaq vergiləri təşkil edir. Qəsəbə ərazisində sənədsiz evlər çoxluq təşkil etdiyindən vergi ödənişində vətəndaş fəallığı çox aşağı səviyyədədir ki,bu da bələdiyyə büdcəsinə öz mənfi təsirini göstərməkdədir.
Balaxanı bələdiyyəsi növbəti təqvim ilində də Möhdərəm Prezidentimiz ilham əliyevin Bələdiyyələrin qarşisina qoyduğu tələblərin yerinə yetirilməsi istiqamətində Sabunçu rayon icra Hakimiyyətinin və ədliyyə Nazirliyinin Bələdiyyələlə iş Mərkəzinin Tövsiyyə və tələblərinin yerinə yetirilməsi, seçicilərin etimadının doğruldulması üçün var gücü ilə çalışacaqdır.
Bahadur Haşımov
Sabunçu rayonu Balaxanı bələdiyyəsinin sədri .