Bildiyimiz kimi, 1999-cu ildə ilk bələdiyyə seçkilərindən sonra Respublikamızda yerli demokratiya və özünüidarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli işlər görülmüşdür. Bələdiyyələrin fəaliyyətlərini “Bələdiyyələrin statusu haqqında” “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikasının Vergi Məcəlləsinin “Yerli vergilər və ödənişlər” bölməsinin tələblərinə uyğun olaraq həyata keçirir. Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsidir.Azərbaycan Respublikası Konstitusiyasına görə bələdiyyələr öz fəaliyyətinin iclaslar və daimi komissiyalar vasitəsi ilə idarə edirlər. 2021 ci il Azərbaycan tarixinə ilk böyük Zəfər günü kimi daxil oldu.Qarabağ bölgəsində aparılan geniş yenidənqurma işləri,həyata keçirilən infrastruktur layihələri heç sübhəsiz xalqla bərabər bizi də sevindirir. Bilgəh bələdiyyəsi də hesabat dövründə müəyyən işlərin görülməsinə nail olmuşdur.
2021 ci ildə Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur. Sabunçu rayonu Bilgəh bələdiyyəsi tərəfindən 34 ümumi iclas keçirilərək 65 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir. Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir. Geridə qoyduğumuz 2021-ci il ölkəmizin və xalqımızın həyatında müxtəlif hadisələrlə yadda qaldı. Dünya ictimaiyyətinin üzləşdiyi COViD-19 pandemiyası hazırda növbəti dalğası yaşanmaqdadır. Bilgəh bələdiyyəsi tərəfindən “Azərbaycan Respublikası COViD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.2021-ci ildə xalqımız və dövlətimiz üçün qürurverici hadisələrdə çoxdur. Qarşıdan gələn Yeni Təqvim ili 2022-ci ili şuşa ili elan edilmişdir.
Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilib. Real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.
Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.
əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.
Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Qanunvericiliyə uyğun icra şöbələrinə 28 şəxs barədə müraciət olunmuşdur. Nəticədə Bələdiyyə büdcəsinə vergilərin ödənilməsi təmin edilmişdir.
Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.
2021-ci il ərzində bələdiyyə büdcəsinə 166507,42_manat gəlir daxil olmuş, xərclər 168775,72_manat təşkil etmişdir.
Büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq icarəsindən və vergisindən-23425,08 manat əmlak vergisi- 72306,54 manat, mehmanxanalardan-24264,80_manat,qəbirstanlıq xidməti– 1449,00 manat, dotasiyadan- 7000,00__manat , Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ”AZSU Ekoloji Qurğu” MMC-nin dayanıqlı faliyyətinin təmin edilməsi məqsədi ilə 38062,00 manat Subsidiya daxil olmuşdur.Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinentinin Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.Daimi əsaslarla bələdiyyədə calışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına-61920,42 manat, DSMF- 14183,75_ manat, bələdiyyənin saxlanmasına- 10563,75_ manat , sosial yardımlar üzrə ödənişlər- 3430,00 manat, xərclənmişdir.
”AZSU Ekoloji Qurğu” MMC-nin dayanıqlı faliyyətinin təmin edilməsi məqsədi ilə 38062,00 manat Subsidiya təşkilatın bank hesabına köçürülmüşdür.
ərazidə hesabat dövründə Zəfəran sovxozu ərazisi yeni yaşayış massivində, şəmsi əsədullayev küçəsində məhəllə daxili yollarda təmir işlərinin görülməsinin zəruriliyi yaranmış abadlıq işlərinin aparılmasına 28323,00 manat xərclənmişdir.
inzibati ərazimizdə Qurtuluş küçəsində mövsümi tədbirlərin görülməsi üçün ,yağış və qrunt sularının təmizlənməsi ilə əlaqədar olaraq 1132,80 manat xərclənmişdir.
Qarşıdan gələn qış mövsümü ilə əlaqədar olaraq qabaqlayıcı tədbirlərin görülməsi üçün, Qış mövsümünə hazırlıq, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə 5 (beş) ton Masazır qüsurlu xam duz alınmış 500,00 manat xərclənmişdir.
Qəsəbə ərazisində “Gender məsələləri və məişət zorakılığının qarşısının alınması üzrə” zorakılığa məruz qalan vətəndaşların problemlərinin həll olunması üçün müraciətlər üçün qutu alınmış 89,42 manat xərclənmişdir. Sabunçu rayon Bilgəh bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyətini daha da genişləndirsin. Daimi komissiyalar, “ictimai-Humanitar Məsələləri sektor” u ilə birlikdə əhaliyə, seçicilərə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və ötən illərlə müqayisədə bu sahədə irəliləyiş var. Hər il olduğu kimi Bilgəh qəsəbə ərazisində yaşayan aztəminatlı,imkansız ailələrə daim maddi yardım göstərməkdədir.Bilgəh bələdiyyəsi tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir. 20 yanvar (1990-cı il) şəhidlərinin Ümümxalq hüzr günü ilə əlaqədar olaraq xatirə mərasimi keçirilmiş və şəhidlər Xiyabanına gül dəstələri qoyulmuşdur. 26 fevral Xocalı soyqırımının (1992-ci il) il dönümü ilə əlaqədar olaraq qəsəbədə yerləşən tədris ocağında tədbir keçirilmişdir. 31 mart Dünya Azərbaycanlılarının soyqırımı ilə əlaqədar olaraq tədris ocağında “Anım mərasimi” keçirilmişdir. 9 may Qələbə günü (1941/1945), 28 may “Respublika” günü, 15 iyun “Qurtuluş”günü və Qarabağın alınması ilə bağlı “Zəfər Günü” qeyd edilmişdir. 8 Noyabr “Zəfər Günü”, 9 Noyabr “Bayraq Günü” ilə bağlı olaraq, bələdiyyə qulluqçuları məktəblilərlə birlikdə “Qənimətlər Parkı”nı ziyarət etmiş, videoçarxlar hazırlanmışdır. Ulu öndərimiz Heydər əliyevin “Anım günü” münasibəti ilə Ümumilli liderimizin qəbri ziyarət edilmiş və qəsəbədə yerləşən 142 saylı orta məktəbdə tədbir keçirilmişdir. 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə bayram şənliyi keçirilmişdir.Bələdiyyənin inzibati ərazisində ekoloji durumu, o cümlədən yaşıllıqlarının vəziyyəti daimi diqqət mərkəzindədir.Məlum olduğu kimi –yaşıllıqlar vaxt keçdiqcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 â„– -li Qərarına əsasən ehtiyac olarsa tədbirlər görülür.
Sabunçu rayon Bilgəh bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.Təhlil göstərir ki, il ərzində Bilgəh bələdiyyəsinə 147 ədəd məktub daxil olmuş və vətəndaşlara, müxtəlif təşkilatlara, qurumlara göndərilmiş 96 məktub və 464 arayış verilmişdir. il ərzində 47 sayda əmr verilmişdir. Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır. Bələdiyyədə “qaynar xətt” də (telefon 453-62-50) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.
Sabunçu rayon Bilgəh bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, bülleten, internet saytı və.s vaistələrlə catdırır. Bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin ən mühüm şərtlərindən biri də seçicilərin bələdiyyəyə inamının və dəstəyinin olmasıdır. Yerli əhəmiyyətli problemlərin həllini təşkil etmək, ərazidə yaşayan və çalışan vətəndaşların sosial qayğıları ilə məşgul olmaq, sakinlərin yaşayışı və istirahəti üçün sağlam mühüt yaratmaq və əhali qarşısında vaxtaşırı hesabatlar vermək, vətəndaşların xahiş və təkliflərini dinləyib köməklik göstərmək bələdiyyələrin əsas vəzifələrindən biridir. Yeri gəlmişkən bir məsələni də qəsəbə sakinlərinin diqqətinə çatdırmaq istərdik. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetnin 16 yanvar 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COViD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilmişdir ki, bu Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti imuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm hallarının qarşısını almaqdan ibarətdir. Ümid edirik ki, qəsəbə sakinləri də vaksinasiya prosesində fəal iştirak edəcəklər.
(Hesabat bələdiyyə üzvlərinin “28” yanvar 2022-ci il tarixdə keçirilmiş ümumi yığıncağında təsdiq edilmişdir).
T.M.ibadov
Sabunçu rayonu Bilgəh bələdiyyəsinin sədri