Sabunçu rayonu Kürdəxanı bələdiyyəsi
tərəfindən 2021-ci ildə görülmüş işlər
haqqında, o cümlədən maliyyə vəsaitlərinin
və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında
HESABAT
Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.
Sabunçu rayonu Kürdəxanı bələdiyyəsi tərəfindən 20 ümumi iclas keçirilərək 65 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.
Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.
Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirib. Real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.
Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.
əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.
Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Qanunvericiliyə uyğun icra şöbələrinə 35 –dən artıq şəxs barədə müraciət olunmuşdur. Nəticədə Bələdiyyə büdcəsinə vergilərin ödənilməsi təmin edilmişdir.
Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.
2021-ci il ərzində bələdiyyə büdcəsinə 123597(yüz iyirmi üç min beş yüz doxsan yeddi) manat gəlir daxil olmuş, xərclər 116831(yüz on altı min səkkiz yüz otuz bir) manat təşkil etmişdir.
Büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq icarəsindən və vergisindən-57298 (əlli yeddi min iki yüz doxsan səkkiz), əmlak vergisindən- 58746 (əlli səkkiz min yeddi yüz qırx altı), dotasiyadan- 7000 (yeddi min) və digər gəlirlərdən- 553 (beş yüz əlli üç) manat daxil olmuşdur.
Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.
Daimi əsaslarla bələdiyyədə calışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına- 49317 (qırx doqquz min üç yüz on yeddi), DSMF- 10168 (on min yüz altmış səkkiz), bələdiyyənin saxlanmasına- 23287 (iyirmi üç min iki yüz səksən yeddi), sosial yardımlar üzrə ödənişlərə- 900 (doqquz yüz), abadlıq, quruculuq təmir işlərinə- 27903 (iyirmi yeddi min doqquz yüz üç) və digər xərclərə- 5256 (beç min iki yüz əlli altı) manat xərclənmişdir.
Kürdəxanı bələdiyyəsinin ərazisində bir sıra abadlıq quruculuq işləri görülmüşdür. Belə ki, fevral ayında “T” bağlar massivi, dalan 45-də yerləşən 540 kv.m yola təbii mişar daşı ovuntusunun (karbonatın) tökülməsinə, texnika ilə yayılmasına və planirovka edilməsinə- 2754,0 manat, iyul ayında T.Adıgözəlov küç, gön. 6-da yerləşən sahəsi 602 kv.m, dərinliyi 1,8-2,0 metr, həcmi 1144 kub.m olan göl ətrafı bataqlıq ərazıyə torpağın tökülməsinə və texnika ilə yayılmasına- 9855,0 manat, oktyabr ayında E.Xəlilov küçəsində 2646 kv.m yolun (uz.378, eni 7 metr) planorovka edilməsinə, otxod materiallarının tökülməsinə, texnika ilə yayılmasına və düzləndirilməsinə- 6718 manat, dekabr ayında M.Cəfərov küçəsində 2569 kv.m yolun (uz.378, eni 7 metr) planirovka edilməsinə, karbonat materialının tökülməsinə, texnika ilə yayılmasına və düzəldilməsinə- 7275,0 manat vəsait xərclənmişdir. Qış mövsümünün gəlməsi ilə əlaqədar olaraq, qəsəbədaxili yolların təhlükəsiz vəziyyətə gətirilməsi üçün Masazır qüsurlu xam duzunun alınmasına və yollara səpilməsinə 1300 manat vəsait xərclənmişdir.
Dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biri də zorakılığ hallarının qarşısının alınmasıdir. Bununla əlaqədar olaraq, bələdiyyə üzvlərinin qərarlarına əsasən Kürdəxanı Bələdiyyəsində Gender məsələləri və məişət zorakılığının qarşısının alınması üçün komissiya yaradılmış və tərkibi müəyyən edilmişdir. Bu məqsədlə, məişət zorakılığına dair müraciətlərin daxil edilməsi üçün 1 ədəd qutu sifarişi üçün 89.42 manat vəsait xərclənmişdir.
Bundan başqa bələdiyyə tərəfindən F.Salayev küçəsində qrunt sularının axıdılması üçün qoyulmuş matorun işıq sərfiyyatı ödənilmiş, mart ayında ərazidə yerləşən qəbirstanlıqlarda təmir işləri aparılmış, yeni lambirlər vurulmuş, işığlar dəyişdirilmiş, 3-cü və 4-cü qəbirstanlıqlarda şəhid qəbirləri qazınıb tikilmiş və onlara gedən yola daş qırıntıları tökülmüşdür. Qəsəbədə yerləşən köhnə hamamın su matoru dəyişdirilmiş, sentyabr və oktyabr aylarında ə.Cəmil, Ağaverdiyev, i.Zülfüqarov və D.Vasif küçələrində kanalizasiya boruları təmizlənmiş, Kürdəxanı qəsəbəsində yaradılmış “Xətbi” futbol kamandasına maddi yardım göstərilmiş, M.Rəhmanzadə küçəsində vətəndaşın həyətinin su basması ilə əlaqədar olaraq, traktorla yer qazınmış və hamarlanmışdır. Yeni yaşayış massivi adlanan ərazidə qrunt sularının axması nəticəsində əmələ gəlmiş gölməçələrin aradan qaldırılması üçün su motorları və boruları quraşdırılmış, yola daş qırıntıları səpilmiş, 25-ci küçəyə otxod materialları tökülmüş, 24-cü küçədə isə su motoru təmir olunmuşdur. ərazidə yerləşən göl ətrafı təmizlənmiş, tullantılar toplanmasış və daşınması təmin olunmuşdur.
Novruz, Qurban və Ramazan bayramlarında, dəfn və yas mərasimlərin təşkilində əhalinin aztəminatlı, imkansız, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, qazilərə bayram sovqatları, birdəfəlik maddi yardımlar verilmiş və Qurban bayramı münasibəti ilə 63 ailəyə qurban əti paylanmışdır.
44 gün sürən Vətən Müharibəsi (II Qarabağ müharibəsi) iştirakçıları və qazilərimiz ibrahimov Fərhad Fuad oğlu, Məmmədzadə Murad Arif oğlu bələdiyyə nümayəndələri tərəfindən təntənəli olaraq qarşılanmış, özləri və ailələri ilə görüşlər keçirilmiş, videoçarxlar hazırlanmışdır.
20 yanvar (1990-cı il) şəhidlərinin Ümümxalq hüzr günü ilə əlaqədar olaraq xatirə mərasimi keçirilmiş və şəhidlər Xiyabanına gül dəstələri qoyulmuşdur. 26 fevral Xocalı soyqırımının (1992-ci il) il dönümü ilə əlaqədar olaraq qəsəbədə yerləşən tədris ocağında tədbir keçirilmiş və “Ana fəryadı” abidəsi ziyarət edilmişdir. 31 mart Dünya Azərbaycanlılarının soyqırımı ilə əlaqədar olaraq tədris ocağında şəhidlərin abidəsi qarşısında “Anım mərasimi” keçirilmişdir. 9 may Qələbə günü (1941/1945), 28 may “Respublika” günü, 15 iyun “Qurtuluş”günü və Qarabağın alınması ilə bağlı “Zəfər Günü” təntənəli surətdə qəsəbə yerləşən Mədəniyyət evində qeyd edilmişdir. 8 Noyabr “Zəfər Günü”, 9 Noyabr “Bayraq Günü” ilə bağlı olaraq, bələdiyyə qulluqçuları məktəblilərlə birlikdə “Qənimətlər Parkı”nı ziyarət etmiş, videoçarxlar hazırlanmışdır. Ulu öndərimiz Heydər əliyevin “Anım günü” münasibəti ilə Ümumilli liderimizin qəbri ziyarət edilmiş və qəsəbədə yerləşən 113 saylı orta məktəbdə tədbir keçirilmişdir. 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə bayram şənliyi keçirilmişdir.
Bələdiyyənin inzibati ərazisində ekoloji durum, o cümlədən yaşıllıqlarının vəziyyəti daimi diqqət mərkəzindədir. Məlum olduğu kimi – yaşıllıqlar vaxt keçdiqcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 â„– -li Qərarına əsasən tədbirlər görülür.
Sabunçu rayon Kürdəxanı bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.
Təhlil göstərir ki, il ərzində Kürdəxanı bələdiyyəsinə 155 ədəd məktub, 317 ədəd ərizə (maddi yardım, abadlıq, yaşıllıq və s.) daxil olmuş və müxtəlif təşkilatlara, qurumlara, vətəndaşlara 282 sayda məktub göndərilmişdir. il ərzində 22 sayda əmr verilmişdir. Bələdiyyə tərəfindən il ərzində 316 ədəd arayış verilmişdir (vergi borcların olub-olmaması, torpaq sahələrinin ayrılıb-ayrılmaması, dəfnlə bağlı Dövlət Sosial Müdafiə Fonduna və s.)
Bələdiyyədə hesabat dövründə sədrin qəbulunda 390, müavinin qəbulunda 327 və Torpaq və əiş-nin qəbulunda 292 nəfər vətəndaş qeydiyyatdan keçmişdir.
Hesabat dövründə vətəndaşlardan, ayrı-ayrı təşkilatlardan daxil olmuş məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.
Bələdiyyədə “qaynar xətt” də (telefon 551-91-07) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər tərəfindən qəbul edilir.
Bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin ən mühüm şərtlərindən biri də seçicilərin bələdiyyəyə inamının və dəstəyinin olmasıdır. Yerli əhəmiyyətli problemlərin həllini təşkil etmək, ərazidə yaşayan və çalışan vətəndaşların sosial qayğıları ilə məşgul olmaq, sakinlərin yaşayışı və istirahəti üçün sağlam mühüt yaratmaq və əhali qarşısında vaxtaşırı hesabatlar vermək, vətəndaşların xahiş və təkliflərini dinləyib köməklik göstərmək bələdiyyələrin əsas vəzifələrindən biridir.
Sabunçu rayon Kürdəxanı bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, bülleten, internet saytı və.s vaistələrlə catdırır.
A.ə.Məsimov Sabunçu rayonu Kürdəxanı
Bələdiyyəsinin sədri