"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sabunçu rayonunda bələdiyyələrin iştirakıyla görüş keçirilib

--2022-04-15 / 09:18
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ədliyyə Nazirliyinin  Bələdiyyələrlə iş Mərkəzi və Sabunçu Rayon icra Hakimiyyətinin birgə təşkilatçılığı ilə məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktiki iş aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi məqsədilə pilot layihə olaraq ilk dəfə Sabunçu rayonu üzrə bütün bələdiyyələrin nəzdində yaradılmış Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyaların fəaliyyəti ilə əlaqədar bələdiyyə sədrləri və komissiya üzvləri ilə birgə hesabat xarakterli görüş keçirilib.
Görüşdə Komissiyaların fəaliyyətinin artırılması məqsədilə əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi, əlaqədar qurumlarla birgə rayon üzrə risk qrupuna daxil olan ailələrlə fərdi qaydada iş aparılması və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində müzakirələr aparılıb. 
Görüşdə geniş fikri mübadiləsi aparılıb, bələdiyyə üzvlərini narahat edən suallar cavablandırılıb.  
 Sabunçu Rayon icra Hakimiyyəti
ŞƏRHLƏR