Sabunçu Rayon icra Hakimiyyəti və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Rayon icra Hakimiyyətinin Zabrat qəsəbə nümayəndəliyində Zabrat və Balaxanı sakinləri üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib. Bu barədə məlumatı Sabunçu RiH yayıb.
Aksiyada Sabunçu Rayon icra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova, şöbənin əməkdaşları və “Sağlam Ailə” Tibb Mərkəzinin həkim kollektivi iştirak ediblər. Aksiyaya əsasən əhali pulsuz olaraq terapevt, endokrinoloq, USM, kardioloq, oftalmoloq, lor, pediatr və ginekoloq müayinələrindən keçirildi. Bununla yanaşı tibbi müayinədə iştirak edən hər bir vətəndaşa qanın ümumi analizi üçün xüsusi kupon verilib.
Bundan sonra 17.08.2017-ci il tarixdə Sabunçu Rayon icra Hakimiyyəti və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Rayon icra Hakimiyyətinin Ramana qəsəbə nümayəndəliyində Ramana sakinləri üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçiriləcək.
Bu aksiya növbəti həftələrdə rayonun Bakıxanov və Sabunçu qəsəbələrində də keçiriləcək.
Belediyye.info