sorğu
Sabunçu RiH başçısının müavini Avtandil Hüseynzadə Sabunçu RiH başçısı Adil Vəliyevin müvafiq əmriylə yaşa görə təqaüdə gondərilib. Başçının müavini vəzifəsinə Sabunçu Rayon icra Hakimiyyətinin başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışan Həsənli Elşən Nazim oğlu təyin olunub.
Qeyd edək ki, sabiq müavin Avtandil Hüseynzadə Bakı rayonları arasında ən uzunömürlü müavinlərdən hesab olunurdu. Belə ki, Avtandil Hüseynzadə 1993-cü ildən RiH başçısının müavini vəzifəsində çalışırdı.
Belediyye.info
|
|
|