"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sabunçu RiH-dən vətəndaşların nəzərinə!

--2017-08-21 / 18:35

24.08.2017-ci il tarixdə Sabunçu Rayon icra Hakimiyyəti və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə RiH-nin Sabunçu qəsəbə nümayəndəliyində Sabunçu sakinləri üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçiriləcək.

Aksiyada əsasən əhali pulsuz olaraq terapevt, endokrinoloq, USM, LOR, kardioloq, oftalmoloq, pediatr, ginekoloji müayinələrdən keçiriləcək.

Bununla yanaşı tibbi müayinədə iştirak edən hər bir vətəndaşa qanın ümumi analizi üçün xüsusi kupon təqdim ediləcək.

Bu aksiya növbəti həftə rayonun Bakıxanov qəsəbəsində keçiriləcək.

Belediyye.info

ŞƏRHLƏR