Sabunçu bələdiyyələri də rayonun ictimai həyatında fəal rol oynaya biliblər. Bu fikir Sabunçu rayonunda 2017-ci ilin I rübünün yekunları və qarşıda duran vəzifələri müzakirə edilərkən səslənib.
Müzakirələrdə qeyd edilib ki, müraciətlər əsasında 3 ay ərzində vətəndaşlara icra Hakimiyyəti, nümayəndəliklər və bələdiyyələr tərəfindən aztəminatlı ailələrə müxtəlif məqsədlər üçün 61 min manata yaxın maddi yardım göstərilib.
Bununla yanaşı cari ilin əvvəlindən rayon ərazisində abadlıq quruculuq işləri davam etdirilmiş, yaşıllıqlar salınmış, yeni istirahət güşələri yaradılıb.
Hazırda Bakıxanov qəsəbəsi, Y. əliyev küçəsində rayon icra hakimiyyətinin daxili imkanları hesabına sahəsi 1,7 ha olan istirahət parkının yenidən qurularaq abadlaşdırılması işləri də başa çatdırılmaq üzrədir. Bakıxanov qəsəbəsi Vazeh küçəsi 4 və S. Vurğun küçəsi 2, Sülh küçəsi 14/1, 14/2 və Axundov küçəsi 4,6, saylı çoxmərtəbəli yaşayış binalarının ətrafı abadlaşdırılaraq 3 nümunəvi həyət yaradıləb.
Qəsəbənin Sülh küçəsi 1A, 1B, 1V saylı evlərin həyətində və 4090/95 məhəllədə isə 2 yeni nümunəvi həyətlərin salınması davam edir. O da qeyd edilməlidir ki, bu işlər həmin sahələrdəki primitiv tikililər, köhnə dəmir qaraj və çəpərlər yığışdırılmaqla həyata keçirilir. Eyni zamanda Sülh küçəsi 14/1 və 14/2 saylı evlərdə yaşayan sakinlərin müraciətləri nəzərə alınacaq orada yeni xeyir-şər evinin inşasına hazırlıq işləri aparılır.
Rayon bələdiyyələri həmçinin cari ilin əvvəlindən “Azəravtoyol” ASC, RiH-in həyata kçeirdiyi layihələrdə aktiv iştirak edərək rayon ərazisində mərkəzi və daxili yollara cəmi 35.100 kv.m-ə yaxın yeni asfalt örtüyü salınıb. Rayonun mərkəzi və daxili küçə və yollarlnda, çoxmənzilli binaların həyətyanı sahələrində sanitar-təmizlik işlərinin yerinə yetirilməsi, məişət tullantılarının vaxtında götürülməsi təmin edilmiş, bu sahədə ciddi nöqsanlara yol verilməmişdir.
Qeyd edə ki, Sabunçu Rayon icra Hakimiyyəti başçısı yanında şuranın 2017-ci ilin I rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında Sabunçu Rayon icra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkilləri Dilarə Cəbrayılova və Fazil Mustafa, Rayon icra Hakimiyyəti başçısının müavinləri, YAP Sabunçu Rayon Təşkilatının sədri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Aparatın məsul işçiləri, qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri, idarə-müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Belediyye.info
|
|
|
|
|
|
|