"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şağan bələdiyyəsi altıaylıq hesabatını təqdim etdi

--2015-08-26 / 22:23

Cari ilin avqust ayında şağan bələdiyyəsinin iclası keçirilib. iclasda müzakirə edilən məsələlərdən biri də bələdiyyənin altıaylıq fəaliyyətinə yekun vurmaq olub. iclasda sədr Nərminə əlieyavnın çıxışı dinlənilib. Bələdiyyə üzvlərinin yekdil qəraıryla sədrin hesabatı müsbət qarşılanıb.

Sədr Nərminə əlieyavnın Belediyye.info saytına daxil olan hesabatını oxucuların diqqətinə çatdırırıq:

***

-         şağan bələdiyyəsi tərəfindən 2015-ci ilin 6 ayı ərzində  89 ədəd məktub göndərilib. Bunlardan, 19 ədədi Xəzər Rayon icra Hakimiyyətinə,  10 ədədi ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə, 60 ədədi isə digər idarə və təşkilatlara ünvanlanıb.  Bələdiyyənin ünvanına 2015-ci ilin 6 ayı ərzində 80 ədəd məktub daxil olub. Bunlardan;                                                                                                                                                                                            25 ədədi Xəzər Rayon icra Hakimiyyətindən, 9 ədədi ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzindən,  46  ədədi isə digər idarə və təşkilatlardan daxil olmuşdur. Cari ilin I yarımilliyi ərzində ümumilikdə, 9 ədəd ərizə daxil olmuşdur ki, bunlardan, 4 ədədi  bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata götürülməsi ilə əlaqədar,  5 ədədi isə müxtəlif mövzulu, şikayət və ərizələrdir. Daxil olan bütün müraciətlərə qanunvericiliyə uyğun qaydada cavab verilib. Bələdiyyənin müvafiq komissiyaları tərəfindən müxtəlif mövzularda  8 ədəd akt tərtib edilib.

   ***

Bələdiyyə üzvlərinin 2015-ci ilin 6 ayı ərzində 7 iclası keçirilib. Bu iclaslarda ümumilikdə,  17 müxtəlif məsələ müzakirə edilərək, hər biri haqqında müvafiq qərar qəbul edilib. iclaslarda bələdiyyə üzvləri tam aktivlik göstərərək bütün məsələlərin müzakirəsində yaxından iştirak edib. iclasın protokolları qanuna müvafiq olaraq, inzibati-nəzarət qaydasında baxılması üçün  Azərbaycan Respublikası ədliyyə Nazirliyi yanında  Bələdiyyələrlə iş Mərkəzinə göndərilib.                 

***

Qəsəbə ərazisində uzun illər ərzində təmizlənməyən, yığılıb qalmış böyük zibilliklər tamamilə təmizlənib. Bu gün bələdiyyənin təşkilatçılığı ilə mütəmadi olaraq həftədə 3 dəfə məişət tullantılarının daşınması təşkil edilib. Hazırda, Bələdiyyə və Qəsəbə Nümayəndiliyi Xəzər rayon MKTB ilə birlikdə  məişət tullantılarının daşınıb-zərərsizləşdirilməsi üçün qəsəbəyə xüsusi maşın cəlb edərək, yaşayış evlərinin sakinləri ilə fərdi müqavilənin bağlanması, ərazidə daşınan zibil qutularının yerləşdirilməsi və mütəmadi olaraq qəsəbə ərazisindən məişət tullantılarının daşınıb-təmizlənməsi işini təşkil etməkdədir. Qəsəbə ərazisinin məişət tullantılarından təmizlənməsi işinin təşkil edilməsi məqsədilə, bələdiyyədə əmək haqqısı ştat cədvəlinə uyğun olaraq, ödənilməklə 1(bir) nəfər fəhlə işə cəlb olunaraq, qəsəbə ərazisinin təmizliyinə müntəzəm nəzarət olunur.

***

Qəsəbədə Mədəniyyət evinin tikintisi üçün torpaq sahəsinin ayrılması məqsədilə Mədəniyyət və Turizm Naziriyinə edilmiş rəsmi müraciətə əsasən,  artıq müasir tələblərə cavab verən "şağan mədəniyyət mərkəzi və kitabxanası" nın tikintisinin cari ilin sonuna kimi qəsəbə sakinlərinin istifadəsinə verilməsi planlaşdırılır. Ölkə prezidentinin tapşırığı ilə Dövlət Proqramına uyğun olaraq uzun illərdən bəri qəsəbə əhalisinin içməli su probleminin həll edilməsi məqsədilə, “Azərsu ASC” tərəfindən qəsəbədə yerləşən yaşayış evlərinə su xəttinin çəkilməsi işinə başlanılmış və artıq qəsəbənin əksər küçələrinə su xətti çəkilmiş, saygaclar quraşdırılmışdır.  Bu sahədə işlər davam etdirilir.  

***

Qəsəbədə yaşayan   aztəminatlı, kimsəsiz, şəhid, Çernobıl və Qarabağ müharibəsi əlilləri təbəqəsinə  birdəfəlik maddi yardımlar  edilib.

 “ilaxır çərşənbəsi və Novruz bayramı” münasibəti ilə “Azersun Holding” şirkətinin rəhbərliyinə rəsmi məktub ünvanlanaraq, şirkətin istehsal etdiyi gündəlik ərzaq tələbatı məhsullarından qəsəbənin aztəminatlı, kimsəsiz, şəhid, Çernobıl və Qarabağ müharibəsi əlilləri təbəqəsinə ərzaq yardımı edilib.

***

 Hesabat dövründə bələdiyyəmiz aşağıdakı mədəni-kütləvi tədbirlərin təşkilatçısı olmaqla bu tədbirlərdə  həm də,  yaxından  iştirak etmişdir:

     Novruz bayramı münasibəti ilə Xəzər  RiH tərəfindən təşkil edilmiş  el şənliyində;

-         şağan qəsəbəsində Qala divarları yanında qəsəbə sakinləri üçün Novruz şənliyində;

-         26 aprel 2015-ci il tarixdə qəsəbədə yaşayan Çernobıl əlilləri ilə görüşün  keçirilməsində;

-         Ulu öndər Heydər əliyevin  anadan olmasının 92-ci ildönümü münasibəti  ilə   04 may 2015-ci il tarixdə  Xəzər RiH  təşkil etdiyi “Gül bayramında”;

-         şağan bələdiyyəsinin gənclərdən ibarət futbol komandasının Ulu öndər Heydər əliyevin  anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Futbol üzrə rayon turnirində iştirakının təmin olunmasında;

-         15 may 2015-ci il tarixdə  “Beynəlxalq ailə günü” münasibəti ilə 124 saylı orta məktəbdə təşkil edilmiş “Məktəb-Ailə” mövzusunda tədbirin  keçirilməsində;

-         May ayında 3 saylı internat evində təşkil olunmuş oğlan uşaqlarının sünnət mərasimində;

-         “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə 212 saylı bağçada ədəbi-bədii gecənin keçirilməsi və 3 saylı internat evində nahar süfrəsinin təşkil edilməsində.

-         ən nəhayət “Ramazan bayramı” münasibətilə 3 saylı internat evində nahar süfrəsi təşkil edilib.

***

Hesabat dövründə şağan Bələdiyyəsinin büdcə gəlirləri   9949,0 manat olub. Bu məbləğin  3065,0 manat torpaq vergisi,  5461,0 manat əmlak vergisi,  348,0 manat torpaqların icarəyə verilməsindən icarə haqları,  1075,0 manat dövlət büdcəsindən ayrılmış məqsədli maliyyəşmə  üzrə təşkil edib.  Ötən dövr ərzində bələdiyyənin büdcə xərcləri- 9535,0 manata bərabər olub.

***

şağan bələdiyyəsi qəsəbədə perspektivdə duran aşağıdakı məsələlərin həllini nəzərdə tutur:

  1. Yeni “şağan mədəniyyət evi və kitabxanası”nın  cari ilin sonuna kimi tikilib-istifadəyə verilməsi;
  2. Qəsəbədə tam olaraq su və kanalizasiya sisteminin qurulmasının təşkili;
  3. Qəsəbə ərazisinin məişət tullamtılarından “Təmiz şəhər ASC” –nin yeni “Məişət tullantılarının təkrar emalı” zavodu tərəfindən  təmizlənməsinin təşkil edilməsi;
  4. Bələdiyyə ərazisindəki torpaq sahələrinin inventarizasiyası, yerli vergi ödəyicilərinin sayının müəyyən olunması, vergi ödəyicilərinin vahid elektron qaydada uçota alınmasının başa çatdırılması.
  5. Yerli vergi ödəyicilərinin tam uçota alınması ilə bələdiyyə büdcəsinin debitor borclarının dəqiq müəyyən olunaraq, bələdiyyənin yeni uçot standartları sisteminə tam keçidin və mühasibat uçotunun həmin standartlara uyğun qurulmasının təmin olunması.

 Nərminə əliyeva

şağan bələdiyyəsi    sədri                                                 

                                           

ŞƏRHLƏR