Xəzər rayon şağan bələdiyyəsi altıaylıq hesabtı təqdim edib.
Hesabatı olduğu kimi təqdim edirik:
şAÄžAN BəLəDiYYəSiNiN 2016-CI iLiN 6 AYI əRZiNDəKi FəALiYYəTi BARəDə
H ES AB A T I
I. K a r g ü z a r l ı q i ş l ə r i ü z r ə
şağan bələdiyyəsinin ünvanına 2016-ci ilin 6 ayı ərzində 88 ədəd məktub daxil olmuşdur.
Bunlardan; 24 ədədi Xəzər Rayon icra Hakimiyyətindən, 3 ədədi ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə iş Mərkəzindən, 61 ədədi isə digər idarə və təşkilatlardan daxil olmuşdur.
2016-ci ilin 6 ayı ərzində ümumilikdə, 16 ədəd ərizə daxil olmuşdur ki, bunlardan, 6 ədədi bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata götürülməsi ilə əlaqədar, 10 ədədi isə müxtəlif mövzulu, şikayət və ərizələrdir. Daxil olmuş bütün müraciətlərə qanunvericiliyə uyğun qaydada cavab verilmişdir.
2016-ci ilin 6 ayı ərzində 68 ədəd məktub göndərilmişdir. Bunlardan, 25 ədədi Xəzər Rayon icra Hakimiyyətinə, 8 ədədi ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə iş Mərkəzinə, 35 ədədi isə digər idarə və təşkilatlara ünvanlanıb.
Bələdiyyənin müvafiq komissiyaları tərəfindən müxtəlif mövzularda 17 ədəd akt tərtib edilmişdir.
Qəsəbə sakinləri tərəfindən edilmiş müraciətlər əsasında vətəndaşlara 39 ədəd arayış verilmişdir. Bunlardan 26 ədədi Xəzər Rayon Sosial Təminat idarəsinə, 13 ədədi isə başqa idarə və təşkilatlara ünvanlanmışdır.
Bələdiyyə rəhbərliyi tərəfindən 4 ədəd daxili əmr imzalanmışdır.
Bələdiyyə rəhbərliyi 2016-ci ilin 6 ayı ərzində “Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq (mövsümi ticarət) məqsədi ilə sahənin müvəqqəti ayrılması haqqında” 4 nəfər sahibkarla icarə müqaviləsi, məişət tullantılarının təmizlənib-daşınması xidmətləri haqqında 3 ədəd və cildləmə-arxivləşdirmə xidmətlərinin göstərilməsi üçün fiziki şəxs R.Q.Məmmədovla (VÖEN 7200056892) 1 ədəd müqavilə imzalamışdır.
II. B ə l ə d i y y ə ü z v l ə r i n i n i c l a s l a r ı.
Bələdiyyə üzvlərinin 2016-ci ilin 6 ayı ərzində 8 iclası keçirilmişdir. Bu iclaslarda ümumilikdə, 11 müxtəlif məsələ müzakirə edilmiş, hər biri haqqında müvafiq qərar qəbul edilmişdir. iclaslarda bələdiyyə üzvləri tam aktivlik göstərərək bütün məsələlərin müzakirəsində yaxından iştirak etmiş və tərtib olunan iclas protokolları bütün bələdiyyə üzvləri tərəfindən imzalanaraq, qanunamüvafiq olaraq, inzibati-nəzarət qaydasında baxılması üçün Azərbaycan Respublikası ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.
III. B ə l ə d i y y ə t ə r ə f i n d ə n a p a r ı l m ı ş a b a d l ı q v ə
t ə m i z l i k i ş l ə r i :
Qəsəbə ərazisində uzun illər ərzində təmizlənməyən, yığılıb qalmış böyük zibilliklər tamamilə təmizlənmişdir. Mütəmadi olaraq həftədə 3 dəfə məişət tullantılarının daşınması təşkil edilmişdir. Hal-hazırda, Bələdiyyə, Qəsəbə Nümayəndəliyi ilə birlikdə məişət tullantılarının daşınıb-zərərsizləşdirilməsi üçün qəsəbəyə xüsusi maşın cəlb edərək, yaşayış evlərinin sakinləri ilə fərdi müqavilənin bağlanması, ərazidə daşınan zibil qutularının yerləşdirilməsi və mütəmadi olaraq qəsəbə ərazisindən məişət tullantılarının daşınıb-təmizlənməsi işini təşkil etməkdədir. Qəsəbə ərazisinin məişət tullantılarından təmizlənməsi işinin təşkil edilməsi məqsədilə, qəsəbə ərazisinin təmizliyinə müntəzəm nəzarət olunur.
Qəsəbədə "şağan mədəniyyət mərkəzi və kitabxanası" nın tikintisinə müntəzəm nəzarət olunmuş, 2016-cı ildə binanın qəsəbə sakinlərinin istifadəsinə verilməsi planlaşdırılır.
Qəsəbənin H.Sultanov küçəsinin sakinləri tərəfindən RiH-nə edilmiş müraciətlə əlaqədar küçənin orta hissəsinin asfalt örtüyünün çökməsi nəticəsində toplanmış yağıntı sularının təmizlənməsi və sakinlərin gediş-gəlişinin rahatlığının təmin olunmasına lazımi köməklik göstərilmişdir;
IV. Xüsusi qayğıya və maddi köməyə ehtiyacı olan vətəndaşlara göstərilmiş maddi yardımlar.
Qəsəbədə yaşayan “20 yanvar – şəhid ailəsi” olan E.ə.Dadaşova maddi və ərzaq yardımı edilmişdir.
Qəsəbə ərazisində yaşayan aztəminatlı, kimsəsiz ailələr təbəqəsilə müntəzəm görüşlərin keçirilməsi və sakinlərə müvafiq yardımların edilməsi məqsədi ilə YAP Xəzər rayon Təşkilatının maddi yardım fonduna vəsait ödənilmişdir.
“Müqəddəs Ramazan bayramı” münasibəti ilə qəsəbənin aztəminatlı, kimsəsiz, tənha və Qarabağ müharibəsi əlilləri təbəqəsindən olan əhaliyə ərzaq yardımı verilmişdir.
V. B ə l ə d i y y ə t ə rə f i n d ə n t ə ş k i l e d i l m i ş
m ə d ə n i - k ü t l ə v i t ə d b i r lə r
Hesabat dövründə Bələdiyyə aşağıdakı mədəni-kütləvi tədbirlərin təşkilatçısı olmaqla bu tədbirlərdə həm də, yaxından iştirak etmişdir:
- Novruz bayramı münasibəti ilə Xəzər RiH tərəfindən təşkil edilmiş el şənliyinin keçirilməsində bələdiyyə üzvləri və qulluqçuları iştirak etmişdir;
- Qəsəbədə Qala divarları yanında Novruz şənliyi təşkil edilmişdir;
- Ümumilli Lider H.əliyevin andan olmasının 93-cü ildönümü münasibəti ilə Futbol üzrə rayon turnirində şağan bələdiyyəsi futbol komandasının iştirakı təmin olunmuşdur.
VI. ə h a l i i l ə k e ç i r i l m i ş g ö r ü ş l ə r .
Bələdiyyədə, iş günlərində gün ərzində, şənbə və bazar günləri növbətçilik sistemi tətbiq edilərək, bələdiyyə üzvlərinin iştirakı ilə vətəndaşların fasiləsiz qəbulu təşkil edilmişdir.
VI. Bələdiyyə üzvləri və qulluqçularının iştirak etdikləri iclas, seminar və müşavirələr
Müntəzəm olaraq Xəzər RiH tərəfindən təşkil olunmuş iclas və tədbirlərdə bələdiyyə üzvləri və qulluqçularının iştirakı təmin olunmuşdur.
Bələdiyyələrlə iş Mərkəzindən daxil olan bütün tövsiyyələr və qeyd olunan bütün seminar, konfrans, iclasların yekun nəticəsi ayrı-ayrılıqda bələdiyyə üzvlərinin ümumi iclaslarında müzakirə olunmuş, verilən təklif və tövsiyyələrin bələdiyyənin gələcək fəaliyyətində nəzərə alınması barədə konkret addımların atılması üçün müvafiq qərar qəbul edilmişdir.
M A L i Y Y ə H E S A B A T I
Hesabat dövründə şağan Bələdiyyəsinin büdcə gəlirləri 13007,0 manat olmuşdur ki, ondan; 2886,0 manat torpaq vergisi, 4692,0 manat əmlak vergisi, 302,0 manat torpaqların icarəyə verilməsindən icarə haqları, bələdiyyənin sədr müavini A.S.Məmmədovun şəxsi vəsaiti hesabına (geri qaytarılmaq şərti ilə) 577,0 manat, dövlət büdcəsindən 2150,0 manat məqsədli maliyyələşmə və 2400,0 manat sair xidmət haqqı üzrə təşkil etmişdir.
Büdcə xərcləri- 13007,0 manat olmuşdur ki, ondan; 4390,0 manat plastik kart hesabına köçürülmüş hissəvi əmək haqqı xərclərinə (qanunvericiliyə uyğun olaraq 42,7 % ), 525,0 manat “Müqəddəs Ramazan bayramı” münasibətilə bələdiyyə qulluqçularına bayram mükafatının verilməsinə, 653,0 manat bələdiyyə qulluqçularının keçmiş ə/h borclarının ödənilməsinə, 371,0 manat cildləmə-arxivləşdirmə xidmətləri və dəftərxana təsərrüfat xərclərinin ödənilməsinə, 380,0 manat bələdiyyədə olan su xəttində təmir-bərpa işlərinin görülməsi üçün mal-material alınmasına, 1672,0 manat Vergi müfəttişlərinə 20% xidmət haqqın hissəvi ödənilməsinə, 100,0 manatı YAP Xəzər rayon Təşkilatına, 134,0 manatı rabitə (internet-telefon, poçt xidmət haqqı) xərclərinə, 1842,0 manatı DSMF-na olan borcun hissəvi ödənişinə, 126,0 manatı kommunal xidmətləri haqqının (elektrik enerjisi-74,0, qaz sərfi-42,0, su haqqı-10,0) ödənilməsinə, 562,0 manatı Vergilər Departamentinə, 293,0 manat Həmkarlar Təşkilatına olan borcun hissəvi ödənilməsinə, 94,0 manatı Silahlı Qüvvələrə Yardım Fonduna könüllü haqqın ödənilməsinə, 300,0 manat qəsəbə ərazisindən məişət tullantılarının daşınmasına, 600,0 manat futbol komandasının rayon turnirində iştirak edilməsi üçün xərclərinin ödənilməsinə, 258,0 manat “Müqəddəs Ramazan bayramı” münasibəti ilə qəsəbənin aztəminatlı, kimsəsiz, tənha və Qarabağ müharibəsi əlilləri təbəqəsindən olan əhaliyə ərzaq yardımının verilməsinə, 130,0 manatı bank və poçt hesabı xidmətləri üzrə xərclərə sərf edilmiş və bələdiyyənin sədr müavini A.S.Məmmədovun şəxsi vəsaiti hesabına (geri qaytarılmaq şərti ilə) 77,0 manat “20 Yanvar şəhid ailəsi”nə, 500,0 manat qəsəbənin H.Sultanov küçəsində toplanmış yağış sularının təmizlənməsinə vəsait xərclənmişdir.
Qəsəbədə perspektivdə duran aşağıdakı məsələlərin həlli nəzərdə tutulur:
Nərminə əLiYEVA
Xəzər rayon şağan bələdiyyəsinin sədri