Xəzər rayonu şağan bələdiyyəsi üzvlərinin 13 iyul 2018-ci il tarixli,
08 saylı iclas protokolu(qərarı) ilə təsdiq edilmişdir.
şAÄžAN BəLəDiYYəSiNiN 2018-Ci iLiN I YARIMiLi əRZiNDəKi FəALiYYəTi BARəDə H ES AB A T I
I. K a r g ü z a r l ı q i ş l ə r i ü z r ə
şağan bələdiyyəsinin ünvanına 2018-ci ilin 6 ayı ərzində 45 ədəd məktub daxil olmuşdur. Bunlardan; 20 ədədi Xəzər Rayon icra Hakimiyyətindən, 4 ədədi ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzindən, 21 ədədi isə digər idarə və təşkilatlardan daxil olmuşdur.
2018-ci ilin 6 ayı ərzində ümumilikdə, 31 ədəd ərizə daxil olmuşdur ki, bunlardan, 5 ədədi bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata götürülməsi ilə əlaqədar, 26 ədədi isə müxtəlif mövzulu, şikayət və ərizələrdir. Daxil olmuş bütün müraciətlərə qanunvericiliyə uyğun qaydada cavab verilmişdir.
2018-ci ilin 6 ayı ərzində 57 ədəd məktub göndərilmişdir. Bunlardan, 16 ədədi Xəzər Rayon icra Hakimiyyətinə, 11 ədədi ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə, 30 ədədi isə digər idarə və təşkilatlara ünvanlanıb.
Bələdiyyənin müvafiq komissiyaları tərəfindən müxtəlif mövzularda 4 ədəd akt tərtib edilmişdir.
Qəsəbə sakinləri tərəfindən edilmiş müraciətlər əsasında vətəndaşlara 65 ədəd arayış verilmişdir.
Bələdiyyə rəhbərliyi tərəfindən 3 ədəd daxili əmr imzalanmışdır
I. B ə l ə d i y y ə ü z v l ə r i n i n i c l a s l a r ı.
Bələdiyyə üzvlərinin 2018-ci ilin 6 ayı ərzində 7 iclası keçirilmişdir. Bu iclaslarda ümumilikdə, 9 müxtəlif məsələ müzakirə edilmiş, hər biri haqqında müvafiq qərar qəbul edilmişdir. iclaslarda bələdiyyə üzvləri tam aktivlik göstərərək bütün məsələlərin müzakirəsində yaxından iştirak etmişlər. iclasın protokolları qanuna müvafiq olaraq, inzibati-nəzarət qaydasında baxılması üçün Azərbaycan Respublikası ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.
III. B ə l ə d i y y ə t ə r ə f i n d ə n a p a r ı l m ı ş a b a d l ı q v ə
t ə m i z l i k i ş l ə r i :
Qəsəbə ərazisində uzun illər ərzində təmizlənməyən, yığılıb qalmış böyük zibilliklər tamamilə təmizlənmişdir. Mütəmadi olaraq həftədə 3 dəfə məişət tullantılarının daşınması təşkil edilmişdir. Hal-hazırda, Bələdiyyə, Qəsəbə Nümayəndəliyi ilə birlikdə məişət tullantılarının daşınıb-zərərsizləşdirilməsi üçün qəsəbəyə xüsusi maşın cəlb edərək, yaşayış evlərinin sakinləri ilə fərdi müqavilənin bağlanması, ərazidə daşınan zibil qutularının yerləşdirilməsi və mütəmadi olaraq qəsəbə ərazisindən məişət tullantılarının daşınıb-təmizlənməsi işini təşkil etməkdədir. Qəsəbə ərazisinin məişət tullantılarından təmizlənməsi işinin təşkil edilməsi məqsədilə, qəsəbə ərazisinin təmizliyinə müntəzəm nəzarət olunur.
IV. Xüsusi qayğıya və maddi köməyə ehtiyacı olan vətəndaşlara göstərilmiş maddi yardımlar.
Qəsəbədə yaşayan “20 yanvar iştirakçısı” olan E.ə.Dadaşova maddi və ərzaq yardımı edilmişdir.
“Azersun Holding” şirkətinə edilən müraciət əsasında, “ilaxır çərşənbəsi, Novruz və Müqəddəs Ramazan” bayramları münasibəti ilə qəsəbə ərazisində yaşayan aztəminatlı, kimsəsiz , tənha, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə ərzaq yardımı paylanılmışdır.
V. B ə l ə d i y y ə t ə rə f i n d ə n t ə ş k i l e d i l m i ş
m ə d ə n i - k ü t l ə v i t ə d b i r lə r
Hesabat dövründə Bələdiyyə aşağıdakı mədəni-kütləvi tədbirlərin təşkilatçısı olmaqla bu tədbirlərdə həm də, yaxından iştirak etmişdir:
- Novruz bayramı münasibəti ilə Xəzər RiH tərəfindən təşkil edilmiş el şənliyinin keçirilməsində bələdiyyə üzvləri və qulluqçuları iştirak etmişdir;
- Qəsəbədə Qala divarları yanında Novruz şənliyi təşkil edilmişdir;
VI. ə h a l i i l ə k e ç i r i l m i ş g ö r ü ş l ə r .
Bələdiyyədə, iş günlərində gün ərzində, şənbə və bazar günləri növbətçilik sistemi tətbiq edilərək, bələdiyyə üzvlərinin iştirakı ilə vətəndaşların daimi qəbulu təşkil edilmişdir.
VI. Bələdiyyə üzvləri və qulluqçularının iştirak etdikləri iclas, seminar və müşavirələr
Müntəzəm olaraq Xəzər RiH tərəfindən təşkil olunmuş iclas və tədbirlərdə bələdiyyə üzvləri və qulluqçularının iştirakı təmin olunmuşdur.
Bələdiyyələrlə iş Mərkəzindən daxil olan bütün tövsiyyələr və qeyd olunan bütün seminar, konfrans, iclasların yekun nəticəsi ayrı-ayrılıqda bələdiyyə üzvlərinin ümumi iclaslarında müzakirə olunmuş, verilən təklif və tövsiyyələrin bələdiyyənin gələcək fəaliyyətində nəzərə alınması barədə konkret addımların atılması üçün müvafiq qərar qəbul edilmişdir.
M A L i Y Y ə H E S A B A T I
Hesabat dövründə şağan Bələdiyyəsinin büdcə gəlirləri 10505,0 manat olmuşdur ki, ondan 2175,0 manat torpaq vergisi, 5780,0 manat əmlak vergisi, 398,0 manat torpaqların icarəyə verilməsindən icarə haqları və 2150,0 manat dövlət büdcəsindən maliyyələşmə(dotasiya) üzrə təşkil etmişdir.
Büdcə xərcləri- 10440,0 manat olmuşdur ki, ondan; 7973,0 manat plastik kart hesabına köçürülmüş hissəvi əmək haqqı xərclərinə, 1642,0 manatı DSMF-na olan borcun hissəvi ödənişinə, 698,0 manatı Vergilər Departamentinə olan borcun hissəvi ödənilməsinə, 127,0 manatı isə digər (bank xidmətləri üzrə) xərclərə sərf edilmişdir.
Qəsəbədə perspektivdə duran aşağıdakı məsələlərin həlli nəzərdə tutulur:
şağan bələdiyyəsi üzvləri adından : Afiyəddin Məmmədov