Belediyye.infoya Xəzər rayonu şağan bələdiyyəsinin 2017-ci ilin 6 ayi ərzindəki fəaliyyəti barədə h es ab a tı daxil olub. Mükəmməl şəkildə hazırlanmıç hesabataı oxucuların diqqətinə çatdırırıq.
i. K a r g ü z a r l ı q i ş l ə r i ü z r ə
şağan bələdiyyəsinin ünvanına 2017-ci ilin 6 ayı ərzində 64 ədəd məktub daxil olmuşdur.Bunlardan; 19 ədədi Xəzər Rayon icra Hakimiyyətindən, 6 ədədi ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzindən, 39 ədədi isə digər idarə və təşkilatlardan daxil olmuşdur.
2017-ci ilin 2-ci rübü ərzində ümumilikdə, 16 ədəd ərizə daxil olmuşdur ki, bunlardan, 9 ədədi bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata götürülməsi ilə əlaqədar, 7 ədədi isə müxtəlif mövzulu, şikayət və ərizələrdir. Daxil olmuş bütün müraciətlərə qanunvericiliyə uyğun qaydada cavab verilmişdir.
2017-ci ilin 2-ci rübü ərzində 52 ədəd məktub göndərilmişdir. Bunlardan, 11 ədədi Xəzər Rayon icra Hakimiyyətinə, 7 ədədi ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə, 34 ədədi isə digər idarə və təşkilatlara ünvanlanıb.
Bələdiyyənin müvafiq komissiyaları tərəfindən müxtəlif mövzularda 15 ədəd akt tərtib edilmişdir.
Qəsəbə sakinləri tərəfindən edilmiş müraciətlər əsasında vətəndaşlara 74 ədəd arayış verilmişdir.
Bələdiyyə rəhbərliyi tərəfindən 6 ədəd daxili əmr imzalanmışdır.
I. B ə l ə d i y y ə ü z v l ə r i n i n i c l a s l a r ı.
Bələdiyyə üzvlərinin 2017-ci ilin 6 ayı ərzində 6 iclası keçirilmişdir. Bu iclaslarda ümumilikdə, 7 müxtəlif məsələ müzakirə edilmiş, hər biri haqqında müvafiq qərar qəbul edilmişdir. iclaslarda bələdiyyə üzvləri tam aktivlik göstərərək bütün məsələlərin müzakirəsində yaxından iştirak etmişlər. iclasın protokolları qanuna müvafiq olaraq, inzibati-nəzarət qaydasında baxılması üçün Azərbaycan Respublikası ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.
III. B ə l ə d i y y ə t ə r ə f i n d ə n a p a r ı l m ı ş a b a d l ı q və t ə m i z l i k i ş l ə r i :
Qəsəbə ərazisində uzun illər ərzində təmizlənməyən, yığılıb qalmış böyük zibilliklər tamamilə təmizlənmişdir. Mütəmadi olaraq həftədə 3 dəfə məişət tullantılarının daşınması təşkil edilmişdir. Hal-hazırda, Bələdiyyə, Qəsəbə Nümayəndəliyi ilə birlikdə məişət tullantılarının daşınıb-zərərsizləşdirilməsi üçün qəsəbəyə xüsusi maşın cəlb edərək, yaşayış evlərinin sakinləri ilə fərdi müqavilənin bağlanması, ərazidə daşınan zibil qutularının yerləşdirilməsi və mütəmadi olaraq qəsəbə ərazisindən məişət tullantılarının daşınıb-təmizlənməsi işini təşkil etməkdədir. Qəsəbə ərazisinin məişət tullantılarından təmizlənməsi işinin təşkil edilməsi məqsədilə, qəsəbə ərazisinin təmizliyinə müntəzəm nəzarət olunur.
IV. Xüsusi qayğıya və maddi köməyə ehtiyacı olan vətəndaşlara göstərilmiş maddi yardımlar. Qəsəbədə yaşayan “20 yanvar – şəhid ailəsi” olan E.ə.Dadaşova maddi və ərzaq yardımı edilmişdir. Qəsəbə ərazisində yaşayan aztəminatlı, kimsəsiz ailələr təbəqəsilə müntəzəm görüşlərin keçirilməsi və sakinlərə müvafiq yardımların edilməsi məqsədi ilə YAP Xəzər rayon Təşkilatının maddi yardım fonduna vəsait ödənilmişdir.
“Azersun Holding” şirkətinə edilən müraciət əsasında “Müqəddəs Ramazan bayramı” münasibəti ilə qəsəbə ərazisində yaşayan aztəminatlı, kimsəsiz , tənha, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə ərzaq yardımı paylanılmışdır.
V. B ə l ə d i y y ə t ə rə f i n d ə n t ə ş k i l e d i l m i ş m ə d ə n i - k ü t l ə v i t ə d b i r lə r
Hesabat dövründə Bələdiyyə aşağıdakı mədəni-kütləvi tədbirlərin təşkilatçısı olmaqla bu tədbirlərdə həm də, yaxından iştirak etmişdir:
- Novruz bayramı münasibəti ilə Xəzər RiH tərəfindən təşkil edilmiş el şənliyinin keçirilməsində bələdiyyə üzvləri və qulluqçuları iştirak etmişdir;
- Qəsəbədə Qala divarları yanında Novruz şənliyi təşkil edilmişdir;
VI. ə h a l i i l ə k e ç i r i l m i ş g ö r ü ş l ə r .
Bələdiyyədə, iş günlərində gün ərzində, şənbə və bazar günləri növbətçilik sistemi tətbiq edilərək, bələdiyyə üzvlərinin iştirakı ilə vətəndaşların daimi qəbulu təşkil edilmişdir.
VI. Bələdiyyə üzvləri və qulluqçularının iştirak etdikləri iclas, seminar və müşavirələr
Müntəzəm olaraq Xəzər RiH tərəfindən təşkil olunmuş iclas və tədbirlərdə bələdiyyə üzvləri və qulluqçularının iştirakı təmin olunmuşdur.
Bələdiyyələrlə iş Mərkəzindən daxil olan bütün tövsiyyələr və qeyd olunan bütün seminar, konfrans, iclasların yekun nəticəsi ayrı-ayrılıqda bələdiyyə üzvlərinin ümumi iclaslarında müzakirə olunmuş, verilən təklif və tövsiyyələrin bələdiyyənin gələcək fəaliyyətində nəzərə alınması barədə konkret addımların atılması üçün müvafiq qərar qəbul edilmişdir.
M A L i Y Y ə H E S A B A T I
Hesabat dövründə şağan Bələdiyyəsinin büdcə gəlirləri 16410,0 manat olmuşdur ki, ondan; 4238,0 manat torpaq vergisi, 7807,0 manat əmlak vergisi, 265,0 manat torpaqların icarəyə verilməsindən icarə haqları və 4100,0 manat sair xidmət haqları üzrə təşkil etmişdir.
Büdcə xərcləri- 15455,0 manat olmuşdur ki, ondan; 7586,0 manat plastik kart hesabına köçürülmüş hissəvi əmək haqqı xərclərinə, 270,0 manat “Novruz bayramı” münasibəti ilə bələdiyyə qulluqçularına mükafat məbləğinin verilməsinə , 86,0 manat dəftərxana-təsərrüfat xərclərinin ödənilməsinə, 1680,0 manat Vergi müfəttişlərinə 20% haqqın hissəvi
ödənilməsinə, 125,0 manatı YAP Xəzər rayon Təşkilatına, 165,0 manatı rabitə xərclərinə, 2380,0 manatı DSMF-na olan borcun hissəvi ödənişinə, 274,0 manatı Kommunal xidmətləri (146,0 qaz sərfi üzrə borc, 100,0 elektrik enerji haqqı borcu və 28,00 su haqqı) haqqının hissəvi ödənilməsinə, 301,0 manatı Vergilər Departamentinə olan borcun hissəvi ödənilməsinə, 29,0 manatı Silahlı Qüvvələrə Yardım Fonduna könüllü haqqın hissəvi ödənilməsinə, 45,0 manat bələdiyyə qulluqçuları üçün hazırlanmış plastik kartların dəyərinin ödənilməsinə, 91,0 manat “20 Yanvar şəhid ailəsi”nə maddi və ərzaq yardımının verilməsinə, 2270,0 manat məişət tullantılarının daşınmasına görə xidmət haqqı ödənilməsinə və 153,0 manatı isə digər (bank xidmətləri üzrə) xərclərə sərf edilmişdir.
Qəsəbədə perspektivdə duran aşağıdakı məsələlərin həlli nəzərdə tutulur:
şağan bələdiyyəsi üzvləri adından, sədr N.R.əliyeva