"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şağan bələdiyyəsi hesabat verir

--2018-01-27 / 12:11

 Xəzər rayonu  şağan bələdiyyəsinin 2017 ci ilin yekunlarına həsr olunan  iclası keçirilib. iclasda müzakirə edilən məsələlərdən biri də bələdiyyənin ötən ilki  fəaliyyətinə yekun vurmaq olub. iclasda sədr Nərminə əlieyavnın çıxışı dinlənilib. Bələdiyyə üzvlərinin yekdil qəraıryla sədrin hesabatı müsbət qarşılanıb.

Sədr Nərminə əlieyavnın Belediyye.info saytına daxil olan hesabatını oxucuların diqqətinə çatdırırıq:

 

 *****

zər rayonu şağan bələdiyyəsinin ünvanına 2017-ci il ərzində 121 ədəd məktub daxil olmuşdur. Bunlardan, 40 ədədi Xəzər Rayon icra Hakimiyyətindən, 14 ədədi ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzindən,   67 ədədi isə digər idarə və təşkilatlardan daxil olmuşdur.                                                                                                    2017-ci il ərzində  ümumilikdə,   33 ədəd ərizə daxil olmuşdur ki, bunlardan,   17 ədədi  bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata götürülməsi ilə əlaqədar,    16 ədədi isə müxtəlif mövzulu, şikayət və ərizələrdir. Daxil olmuş bütün müraciətlərə qanunvericiliyə uyğun qaydada cavab verilmişdir.

2017-ci il ərzində  109 ədəd məktub göndərilmişdir. Bunlardan,  26 ədədi Xəzər Rayon icra Hakimiyyətinə,  17 ədədi ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə,   66 ədədi isə digər idarə və təşkilatlara ünvanlanıb. Bələdiyyənin müvafiq komissiyaları tərəfindən müxtəlif mövzularda  20  ədəd akt tərtib edilmişdir.

*****

Bələdiyyə üzvlərinin 2017-ci il ərzində 14 iclası, qəsəbə sakinləri ilə isə 4 hesabat iclası, “Yerli Demokratiya Həftəsi” çərçivəsində 4 görüş keçirilmişdir. Bu iclaslarda ümumilikdə,  20  müxtəlif məsələ müzakirə edilmiş, hər biri haqqında müvafiq qərar qəbul edilmişdir. iclaslarda bələdiyyə üzvləri tam aktivlik göstərərək bütün məsələlərin müzakirəsində yaxından iştirak etmişlər. iclasın protokolları qanuna müvafiq olaraq, inzibati-nəzarət qaydasında baxılması üçün  Azərbaycan Respublikası ədliyyə Nazirliyi yanında  Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.

*****

Qəsəbə ərazisində uzun illər ərzində təmizlənməyən, yığılıb qalmış böyük zibilliklər tamamilə təmizlənmişdir. Mütəmadi olaraq həftədə 3 dəfə məişət tullantılarının daşınması təşkil edilmişdir. Hal-hazırda, Bələdiyyə, Qəsəbə Nümayəndəliyi ilə birlikdə  məişət tullantılarının daşınıb-zərərsizləşdirilməsi üçün qəsəbəyə xüsusi maşın cəlb edərək, yaşayış evlərinin sakinləri ilə fərdi müqavilənin bağlanması, ərazidə daşınan zibil qutularının yerləşdirilməsi və mütəmadi olaraq qəsəbə ərazisindən məişət tullantılarının daşınıb-təmizlənməsi işini təşkil etməkdədir. Qəsəbə ərazisinin məişət tullantılarından təmizlənməsi işinin təşkil edilməsi məqsədilə, qəsəbə ərazisinin təmizliyinə müntəzəm nəzarət olunur.

*****

Qəsəbədə yaşayan “20 yanvar – şəhid ailəsi” olan E.ə.Dadaşova maddi və ərzaq yardımı edilmişdir.

Qəsəbə ərazisində yaşayan aztəminatlı, kimsəsiz ailələr təbəqəsilə müntəzəm görüşlərin keçirilməsi və sakinlərə müvafiq yardımların edilməsi məqsədi ilə YAP Xəzər rayon Təşkilatının maddi yardım fonduna vəsait ödənilmişdir.

“Azersun Holding” şirkətinə edilən müraciət əsasında “Müqəddəs Ramazan və Qurban bayramları” münasibəti ilə qəsəbə ərazisində yaşayan aztəminatlı, kimsəsiz , tənha, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə ərzaq yardımı paylanılmışdır.

Hesabat dövründə Bələdiyyə aşağıdakı mədəni-kütləvi tədbirlərin təşkilatçısı olmaqla bu tədbirlərdə  həm də, yaxından  iştirak etmişdir:

- Novruz bayramı münasibəti ilə Xəzər  RiH tərəfindən təşkil edilmiş  el şənliyinin keçirilməsində bələdiyyə üzvləri və qulluqçuları iştirak etmişdir;

- Qəsəbədə  Qala divarları yanında Novruz şənliyi təşkil edilmişdir;

- AR Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tikintisinə başlanmış şağan mədəniyyət mərkəzinin inşasının başa çatdırılmasına nəzarət təşkil edilmişdir;

-    Dövlət Proqramı çəçivəsində “Azərsu ASC” tərəfindən qəsəbə ərazisinə içməli su xəttinin çəkilməsinə nəzarət təşkil edilmişdir.

*****

Bələdiyyədə, iş günlərində gün ərzində,  şənbə və bazar günləri növbətçilik sistemi tətbiq edilərək, bələdiyyə üzvlərinin iştirakı ilə vətəndaşların  daimi qəbulu təşkil edilmişdir.

Müntəzəm olaraq Xəzər RiH tərəfindən təşkil olunmuş iclas və tədbirlərdə bələdiyyə üzvləri və qulluqçularının iştirakı təmin olunmuşdur.

Bələdiyyələrlə iş Mərkəzindən daxil olan bütün tövsiyyələr və  keçirilən bütün seminar, konfrans, iclasların yekun nəticəsi ayrı-ayrılıqda bələdiyyə üzvlərinin ümumi iclaslarında müzakirə olunmuş, verilən təklif və tövsiyyələrin bələdiyyənin gələcək fəaliyyətində nəzərə alınması barədə konkret addımların atılması üçün müvafiq qərar qəbul edilmişdir.

*****

Hesabat dövründə şağan Bələdiyyəsinin büdcə gəlirləri 25.944 manat olmuşdur ki, ondan;  8.315 manat torpaq vergisi, 10.950 manat əmlak vergisi,   429 manat torpaqların icarəyə verilməsindən icarə haqları, 2150 manat dövlət büdcəsindən əvəzsiz maliyyə yardımı(dotasiya)  və   4100 manat sair xidmət haqları üzrə təşkil etmişdir.

Büdcə xərcləri- 25942 manat olmuşdur ki, ondan;  12240 manat plastik kart hesabına köçürülmüş hissəvi əmək haqqı xərclərinə, 270 manat “Novruz bayramı” münasibəti ilə     bələdiyyə  qulluqçularına  mükafat  məbləğinin  verilməsinə,     286  manat     dəftərxana   -təsərrüfat xərclərinin ödənilməsinə,   2960  manat   Vergi müfəttişlərinə 20% xidmət haqqın hissəvi ödənilməsinə, 300 manatı YAP Xəzər rayon Təşkilatına, 284 manatı rabitə xərclərinə, 4273,0 manatı DSMF-na olan borcun hissəvi ödənişinə, 645,0 manatı Kommunal xidmətləri (282,0 qaz sərfi üzrə borc, 285,0 elektrik enerji haqqı borcu və 78,00 su haqqı) haqqının hissəvi ödənilməsinə,  840,0 manatı Vergilər Departamentinə olan borcun hissəvi ödənilməsinə, 157,0 manatı Silahlı Qüvvələrə Yardım Fonduna könüllü haqqın hissəvi ödənilməsinə, 247,0 manat Bələdiyyə işçiləri Həmkarlar Təşkilatına, 300,0 manat Audit xidmətləri haqqi borcunun ödənilməsinə, 45,0 manat bələdiyyə qulluqçuları üçün hazırlanmış plastik kartların dəyərinin ödənilməsinə, 91,0 manat “20 Yanvar şəhid ailəsi”nə maddi və ərzaq yardımının, 100,0 manatı bələdiyyə qulluqçularına birdəfəlik maddi yardımın verilməsinə, 2270,0 manat məişət tullantılarının daşınmasına görə xidmət haqqının ödənilməsinə və 634,0 manatı isə  digər (bank xidmətləri üzrə) xərclərə sərf edilmişdir.

  1. Qəsəbə ərazisinin məişət tullantılarından “Təmiz şəhər ASC” tərəfindən  təmizlənməsinin təşkil edilməsi;
  2. şağan qəsəbə adının (göstəricisinin)  quraşdırılması işlərini yekunlaşdırmaq;
  3. Yeni uşaq bağçasının tikintisi üçün müvafiq tədbirlərin görülməsi.XIX əsrin sonlarına aid olan “Hacı Atababa hamamı”nın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmir və bərpası işlərinin təşkili və burada Tarix-Diyarşünaslıq muzeyinin yaradılması.  
ŞƏRHLƏR