sorğu
Mingəçevir Bələdiyyəsinin üzvləri “Yerli Demokratiya Həftəsi” çərçivəsində Texniki-Humanitar liseyində fəaliyyət göstərən şagird özünüidarə təşkilatının fəalları ilə görüş keçirdilər.
Bələdiyyənin “Yerli sosial məsələləri” daimi komissiyasının sədri Zahid Qasımlı Azərbaycanda Yerli Demokratiya Həftəsi barədə məlumar verərək, bələdiyyənin yeniyetmə və iş sahəsindəki fəaliyyətindən söz açıb.
“Yerli ekologiya məsələləri” daimi komissiyasının sədri Sahib Hüseynov yerli ekologiya problemlərindən və problemlərin həlli yollarından danışıb. şagird özünüidarə təşkilatının üzvləri bələdiyyə ilə əlaqələrin möhkəmləndirilməsi yollarını müzakirə etdilər və ilin bir günündə şəhər bələdiyyəsini idarə etmək təklifini irəli sürüblər.
Belediyye.info