"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şagirdlər Mingəçevirin ekoloji problemlərindən danışdılar

--2017-11-04 / 06:34

“Yerli Demokratiya Həftəsi” çərçivəsində Mingəçevir bələdiyyəsinin nəzərdə tutduğu tədbirlərdən biri də gerçəkləşdi. 3 â„–-li beynəlmiləl şagird parlamenti ilə şəhərin ekoloji problemləri müzakirə edildi. Bu barədə məlumatı Mingəçevir bələdiyyəsi yayıb.

Bələdiyyənin “Yerli sosial məsələləri” komissiyasının sədri Zahid Qasımlı “Demokratiya Həftəsi” barədə şagirdləri məlumatlandırdı və bələdiyyənin həyata keçirdiyi layihə və tədbirlərdən danışdı.

 Sonra “ EKOTES” ictimai Birliyinin sədri Çingiz Nəzərov təbiətdə ekoloji tarazlığın vacibliyindən, biomüxtəlifliyin qorunmasından, genləri modifikasiya olunmuş məhsulların istifadəsinin fəsadlarından və gənclərin bu sahədə fəal iştirakının zəruriliyindən bəhs etdi.

Sonda məktəbin bialogiya müəllimi Tahirə ibrahimova,  şagirdlərdən Famil Məmmədov,  Cəlal Cavadov,  Leyla Hüseynova,  Ləman əliyeva, Aysel Salmanova və başqaları şəhər ərazisində rast gəldikləri ekoloji problemlərdən danışaraq, onların həlli yolları barədə təkliflərini bələdiyyəyə ünvanladılar.

Belediyye.info

ŞƏRHLƏR