Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şabran rayonunda şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Bu barədə məlumat əmək və əhalinin sosial müdafiəsi nazirliyindən daxil olub.
Nazirlə görüşdə vətəndaşlar əsasən sosial təminat və tibbi-sosial reabilitasiya, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, əmək hüquqlarının müdafiəsi, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təmin edilməsi, sosial sığorta və s. məsələlərlə bağlı müraciət ediblər. Bir sıra müraciətlər sorğu xarakterli olub və vətəndaşlara aidiyyəti məsələlərlə əlaqədar hüquqi izahatlar verilib. Ayrı-ayrı müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə yerindəcə araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Qəbul zamanı S.Babayevin göstərişi ilə bir sıra vətəndaşlara müraciətlərinə uyğun olaraq yaşadıqları ərazidəki müəssisələrdə olan vakant iş yerlərinə göndərişlər verilib, ayrı-ayrı şəxslər özünüməşğuluq proqramına və peşə hazırılığına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Vətəndaşların bir qismi müraciətlərinə əsasən, nazirliyin aidiyyəti müəssisələrində reabilitasiyaya cəlb edilmələri üçün qeydiyyata götürülüb.
Belediyye.info