(Sahil bələdiyyəsi tərəfindən 2022-ci ildə görülmüş işlər, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərə hesabatı)
Silahlı Qüvvələrin Ali Baş Komandanı ilham əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində əldə etdikləri qələbə xalqımızın qəhrəmanlığını, vətənsevərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.
Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqaməti şəhid ailələrinin , müharibə veteranlarının, əlillərinin sosial məsələlərinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Sahil bələdiyyəsi tərəfindən xalqımızın qürur yeri olan ailələrə hər zaman diqqət və qayğı ilə yanaşılır.şəhid və qazi ailələri ziyarət olunur, onları narahat edən problemlərin həllinə köməklik göstərilir.
Hesabat dövründə Sahil qəsəbəsinin II Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuş “ Vətən naminə “adlı memorial kitabın nəşr olunması üçün yazıçı Cavadova Nəzakət Həbib qızına maddi köməklik göstərilmişdir.Vətən naminə iki dildə (azərbaycan və ingilis dillərində) nəşr olunmuşdur.
Vətən müharibəsi şəhidlərinin anım günlərində bələdiyyə qulluqçuları və üzvləri tərəfindən şəhidlərimizin məzarı ziyarət olunmuşdur. Novruz bayramı münasibəti ilə şəhid , qazi ailələri ziyarət olunmuş və bayram sovqatı təqdim edilmişdir.
8 noyabr-Zəfər bayramı ilə əlaqədar , Sahil bələdiyyəsinin təşəbbüsü ilə Holcim (Azərbaycan) ASC-nin Həmkarlar ittifaqı tərəfindən II Qarabağ müharibəsində şəhid olmuş Sahil qəsəbə şəhidlərinin ailələrinə ziyarət edilmişdir. Hər bir şəhid ailəsinə Holcim (Azərbaycan )ASC tərəfindən 200 manat ərzaq kuponu və Sahil bələdiyyəsi tərəfindən bayram hədiyyələri təqdim edilmişdir.
Hesabat dövründə M.Seyidov küçəsi 21A saylı binada yaşamış şəhid Kəlbiyev şaiq Namiq oğlunun atası Namiq Kəlbiyev və həmin binanın sakinləri şəhidin il dönümü ilə əlaqədar yazılı şəkildə Sahil bələdiyyəsinə müraciət edərək M.Seyidov küçəsi 21A saylı binanın qarşısına asfalt örtüyünün çəkilməsi ilə bağlı müraciət etmişlər. M.Seyidov küçəsi 21A saylı ünvanda 992 kv.m ərazidə asfaltlanma işlərinin aparılması üçün “A.H.Araz Servic” ilə müqavilə bağlanılmış, bələdiyyə büdcəsindən 10.000 manat vəsait ayrılmışdır.
Ötən dövrdə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının dəvəti ilə 10 iyun 2022-ci il tarixində Türkiyə Respublikasının istanbul şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) “6-cı (növbəti) Ümumi Yığıncağı”nda və 11-12 iyun 2022-ci il tarixlərində isə Türk dünyasının mədəniyyət paytaxtı Bursa şəhərində Bursa Böyük şəhər Bələdiyyəsinin ev sahibliyində “Yerli idarəetmə Orqanlarının Beynəlxalq Konfransı”nda bələdiyyə sədri iştirak etmiş və bələdiyyə idarəçiliyi ilə bağlı yeni təcrübələr öyrənilmişdir.
Hesabat dövründə Sahil bələdiyyəsi tərəfindən 22 ümumi iclas keçirilmiş və 94 qərar qəbul olunmuşdur. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, o cümlələri vətəndaşların müraciətləri olmuşdur.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.
Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır. əhalidən rüsumların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcud qanunlar barədə məlumatlar verilir. Yığılan rüsumlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.
Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Qanunvericiliyə uyğun icra şöbəsinə 30 şəxs barəsində müraciət olunmuşdur. Nəticədə bələdiyyə büdcəsinə vergilərin müəyyən qisminin ödənilməsi təmin edilmişdir.
Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.
01.01.2022-ci il tarixinə bələdiyyənin cari hesabında 10.162 manat qalıq olmuşdur. 2022-ci il ərzində bələdiyyə büdcəsinə əmlak, torpaq vergisi üzrə 92.127 manat gəlir daxil olmuş, xərclər isə 98.480 manat təşkil etmişdir.
Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlər üzrə xərclənmişdir.
Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqçularının əmək haqqına-50.743 manat, DSMF-14335.20 manat, iTS-1839.32 manat, avadanlıqların alınması-2351 manat, Azercell şirkətinə abunə telefonların ödənişi ilə bağlı- 1429.24 manat, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyası ilə bağlanmış müqaviləyə əsasən -4600 manat, Bams sistemində 3% ayırmalar üzrə -2553.83 manat, Bələdiyyə.info ilə xidmət müqaviləsinə-400 manat, sənədlərin arxivləşməsi-571 manat, mətbuat- 1868 manat,”Vətən naminə” kitabın nəşrinə -1200 manat, təmir işləri-735 manat, Silahlı qüvvələrə- 401.25 manat, YAP üzvlük haqqı- 149.92 manat,bank xidmət haqqı-448.12 manat, asfaltlanma işlərinin aparılması-10.000 manat , işçilərin mükafatlandırılması-1300 manat, maddi yardım -1600 manat, bayram sovqatının alınması-1707 manat, sair xərclər 248.12 manat təşkil etmişdir.
Hesabat dövründə ayrı-ayrı təşkilatlardan 106 məktub daxil olmuş və 121 məktub göndərilmiş, həmçinin vətəndaşlar tərəfindən 50 yazılı müraciət daxil olmuşdur. Müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.
Bələdiyyədə hesabat dövründə 480 vətəndaş qəbul edilmiş, o cümlədən şəxsən sədr tərəfindən 305 vətəndaş qəbul edilmişdir.
Bələdiyyəyə il ərzində 95 nəfər hərbi qulluçunun məzuniyyətə gəlmə-getmə qeydiyyatı aparılmışdır.
Sahil bələdiyyəsi bundan sonra da qəsəbənin abadlaşdırılması üçün imkan daxilində əlindən gələni əsirgəməyəcəkdir.
Qaradağ rayon Sahil Bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, bülleten, internet saytı və.s vasitələrlə çatdırır.
Elmira əliyeva
Qaradağ rayonu Sahil bələdiyyəsinin sədri