"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sahil bələdiyyəsinin yerli büdcənin icrası haqqında yarımillik ( 2022-ci ilin 6 ayı üzrə) maliyyə hesabatı

--2022-07-22 / 15:29

Sahil bələdiyyəsinin yerli büdcənin icrası haqqında yarımillik

( 2022-ci ilin 6 ayı üzrə)  maliyyə hesabatı

Bu gün ölkəmizdə bütün uğurların, o cümlədən insan azadlığının, hüquqi dövlət quruculuğunun və düşmənlə döyüşdə qazanılan böyük tarixi Qələbənin, iqtisadi-sosial nailiyyətlərin birbaşa səbəbkarı Ulu Öndərimiz Heydər əliyevin və onun layiqli,  ləyaqətli davamçısı, görkəmli dövlət xadimi Prezident ilham əliyevin adı ilə bağlıdır.

Azərbaycanın qısa zaman kəsiyində böyük inkişaf yolu keçməsi müstəqilliyimizin ən böyük uğurlarından biridir. Ulu Öndər Heydər əliyevin banisi olduğu müasir dövlətimiz Prezident ilham əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və qüdrətlənir.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı ilham əliyev tərəfindən davam və inkişaf etdirilən düzgün siyasi kursun məntiqi nəticəsi olaraq, bu gün doğma xalqımızın nəhayət ki, böyük arzusu  gerçəkləşdi, müqəddəs Qarabağ torpaqlarının öz sahibinə qaytarıldığı böyük sevinc hissini yaşadıq.
Xalqına güvənən böyük Azərbaycan oğlunun siyasətdə və diplomatik arenada qazandığı qələbələr xalqın ona, onun da xalqa arxalanmasında  əminliyi və bundan sonrakı addımlarında daha da güvənilməsinə əsas verir.

Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqaməti müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Sahil bələdiyyəsi tərəfindən xalqımızın qürur yeri olan bu ailələrə hər zaman diqqət və qayğı ilə yanaşılır.Müharibə əlilləri və şəhid ailələrinə baş çəkilir və onları narahat edən problemlərin həllinə köməklik göstərilir.

Hesabat dövründə Sahil bələdiyyəsi tərəfindən 7 ümumi iclas keçirilmiş və 35 qərar qəbul olunmuşdur.

Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri və vətəndaşların müraciətləri və s. olmuşdur.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.

 Hesabat dövründə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasından Sahil bələdiyyəsinə daxil olmuş 31.05.2022-ci il tarixli 07â„–-li məktubda  10 iyun 2022-ci il tarixdə Türkiyə Respublikasının istanbul şəhərində Türk Dünyası Bələdiyyələr   Birliyinin    (TDBB) “6-cı (növbəti) Ümumi Yığıncağı”, 11-12 iyun 2022-ci il tarixlərdə isə Türk dünyasının mədəniyyət paytaxtı Bursa şəhərində Bursa Böyük şəhər Bələdiyyəsinin ev sahibliyində “Yerli idarəetmə Orqanlarının Beynəlxalq Konfransı” təşkil ediləcəyi qeyd olunmuşdu.

Tədbirdə iştirak məqsədi ilə Azərbaycan şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarını və bir sıra bələdiyyələri təmsil edən nümayəndələrdən ibarət heyətin yuxarıda qeyd edilən tarixlərdə Türkiyənin istanbul və Bursa şəhərinə səfəri planlaşdırılır.Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının razılığına əsasən Bakı şəhəri Qaradağ rayonunun Sahil bələdiyyəsindən sədrin iştirakı nəzərdə tutulmuşdu.

 Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

 əhalidən rüsumların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcud qanunlar barədə məlumatlar verilir. Yığılan rüsumlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.

  Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Qanunvericiliyə uyğun icra şöbəsinə  16 şəxs barəsində müraciət olunmuşdur. Nəticədə Bələdiyyə büdcəsinə vergilərin müəyyən qisminin ödənilməsi təmin edilmişdir.

 Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.

 Büdcəyə əmlak vergisindən - 30133 manat, torpaq vergisindən - 15188 manat daxil olmuşdur.

 Hesabat dövrünə bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər əmək haqqı və əmək haqqından ayırmaların ödənilməsinə, kommunal xərclərə, təsərrüfat mallarının alınmasına, işçilərin mükafatlardırılmasına, ezamiyyə xərclərinin ödənilməsinə,  aztəminatlı ailələrə maddi yardımın verilməsinə, Novruz bayramı ilə əlaqədar şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatının verilməsinə,BAMS sistemində üzvlük haqqının ödənilməsinə, poçt xidmət haqqlarına  xərclənmişdir.

Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş 67 məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

 Bələdiyyədə hesabat dövründə 320 vətəndaş qəbul edilmiş, o cümlədən şəxsən sədr tərəfindən  216 vətəndaş qəbul edilmişdir.Həmçinin vətəndaşlar tərəfindən 15 yazılı müraciət daxil olmuşdur.

2022-ci ilin yarımillik maliyyə hesabatı cədvəl formasında  hesabata əlavə olunur.

Qaradağ  rayon  Sahil  Bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına yarımillik hesabatı elan, bülleten, internet saytı və.s vasitələrlə çatdırır.

 E.əliyeva

Qaradağ rayonu Sahil bələdiyyəsinin sədri                                                    

ŞƏRHLƏR