Belediyye.infonun e-mail ünvanına Abşeron rayonu Masazır qəsəbə sakini Tofiq Abdullayevdən daxil olan müraciətdə deyilir: “Sizin nəzərinizə çatdiriram ki, “Yeni Bakı” yaşayış kompleksində çoxlu sahibsiz it var. Bu itlər uşağın və böyüklərin üstünə cumur, sakinlərə narahatlıq yaşadırlar. iş o yerə çatıb ki, axşamlar uşaqları gəzdirə bilmirik.
Xahiş edirik bu sahibsiz itlərə qarşı qanuna müvafiq tədbir görülməsinə yardımçı olasnız”
Bununla əlaqədar əlaqə saxladığımız Abşeron rayonu Masazır bələdiyyəsinin sədri Rütət Fətullayev bizimlə telefon söhbətində məsələdən xəbərdar olduqlarını, bununla bağlı müvafiq orqanlara müraciət etdiklərini bildirdi. Lakin vətəndaşın müraciətini nəzərə alıb yenidən bu təşkilatlara müraciət edəcəyini bildirdi.
Qeyd edək ki, bu gün məsələ ilə bağlı Bakı şəhəri Mənzil Kommunal Departamentinin Sanitar texniki Təmizlik idarəsinin direktoru Mübariz Hüseynova bələdiyyə sədrinin imzasıyla müraciət ünvanlayıb.
Müraciətdə deyilir ki, son zamanlarda it dişləməsi nəticəsində əhali arasında quduzluğa yoluxma hallarının artması müşahidə olunur. Qeyd etmək istəyirik ki, Abşeron rayonunda “Toplan Sahibsiz itlərə qayğı mərkəzi” fəaliyyət göstərmir. Sizdən xahiş edirik ki, yuxarıda göstərilənləri nəzərə alaraq köməklik göstərmək məqsədi ilə lazımi göstəriş verəsiniz.”
Biz də öz növbəmzidə inamaq istəyirik ki, müvafiq təşkilatda bələdiyyənin müraciətini cavabsız qoymayaraq əməli işlə problemi həll edəcəkdir.
Belediyye.info