"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sakinlar hansı xidmətdən narazıdır: SAKiNLəRiN MüRACiəT XiDMəTi HESABAT TəQDiM EDiR

--2017-04-12 / 09:45

2013-cü il  iKT ili çərçivəsində respublikada yerli icra hakimiyyəti orqanları arasında ilk dəfə olaraq Binəqədi Rayon icra Hakimiyyətində  Sakinlərin Müraciət Xidməti-1646 6 fevral 2013-cü ildən rayon sakinlərinin ixtiyarına verilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb. Xidmətin yaradılmasında məqsəd rayon sakinlərinin icra hakimiyyətinə gəlmədən və yazılı müraciət etmədən məlumat almaq imkanı etmək və şikayətlərini daha çevik və operativ şəkildə bir telefon zəngi vasitəsi ilə icra Hakimiyyətinə çatdırmaqdan ibarət olmuşdur. Eyni zamanda Sakinlərin Müraciət Xidməti sisteminin fəaliyyəti icra Hakimiyyətinin fəaliyyətinə dair vətəndaşların məlumatlılığının artmasına, daxil olan şikayətlərlə əlaqədar operativ tədbirlərin həyata keçirilməsinə imkan yaratmış və rayonun yerli struktur orqanlarının məsuliyyət hissini artırıb. Məlumatda daha sonra Sakinlərin Müraciət Xidmətində vətəndaşlara göstərilən xidmətlərin əsas fəaliyyət istiqamətləri barədə qeye edilir:   

1.icra Hakimiyyətinin fəaliyyətinə dair vətəndaşların suallarının cavablandırılması;

2. Vətəndaşların onları narahat edən məsələlərə dair şikayətlərinin qəbul edilməsi və operativ şəkildə araşdırmaya yönləndirilməsi;

3.şikayət həll  olunanədək nəzarətdə saxlanılaraq sonda vətəndaşın razılığı olduğu təqdirdə şikayət vərəqəsinin bağlanması.

Xatırqladaq ki, mərkəzin fəaliyyəti nəzakətlilik, operativlik, və məsuliyyət prinsipləri əsasında qurulmuş və gün ərzində 24 saat fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi 4 ildən artıq müddətdə xidmətə 136. 914 müraciət daxil olub ki, bunların əsasında 29 298  müraciət vərəqəsi qeydiyyata alınaraq icraata yönəldilib.

Bunlardan  82.6 %-i tam,  5.2 %-i qismən, 12.2 %-i müvafiq izahat verilərək həll edilib.

2017-ci ilin yanvar-mart ayları üzrə xidmətə daxil olan müraciət vəqərəsi qeydiyyata alınmış müraciətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin  894-ü  və ya  48,5 %-i qaz təchizatı,  566-sı və ya 30,3 %-i su-kanalizasiya, 106-sı və ya 5,8 %-i lift problemləri,  102- si və ya 5,6 %-i istilik təchizatı, 61-i və ya 3,4 %-i sakinləri narahat edən digər məsələlər, 52-si və ya 2,8 %-i elektrik təchizatı ilə bağlı, 32-i və ya 1,7 %-i zibil və tullantılar ilə əlaqədar, 18-i və ya 1,2 %-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar, 12-si və ya 0,7 %-i yaşıllaşdırma idarəsi ilə bağlı olub.

Belediyye.info

ŞƏRHLƏR