"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sakinlər bələdiyyəyə niyə müraciət etmişdi?

--2016-12-27 / 16:43

Bərdə bələdiyyəsinin yaydığı məlumata görə, yeni il qabağı şəhərin Babək, M.Cəfərov, Koroğlu küçələrinin sakinləri və Lək ərazisində yaşayan məcburi köçkünlərimizin müraciəti əsasında Bərdə bələdiyyəsi abadlıq işlərini davam etdirir.

Məlumatda qeyd edilir ki, adıçəkilən küçələrə çınqıl tökülərək qrederlə hamarlanmış, gölməçələr suçəkən maşınla suyu çəkilərək qurudulmuş və məktəblilərin, sakinlərin gediş-gəliş yolları abadlaşdırılmışdır.

Lək meşəsində təhlükə yaradan ağacların budaqları,müvafiq təşkilatların rəyi alındıqdan sonra budanmış və yollar  təmir olunmuşdur.

Belediyye.info

ŞƏRHLƏR