sorğu
Binəqədi rayon Biləcəri bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, Binəqədi Rayon icra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovun, Biləcəri qəsəbə inzibati ərazi Dairəsi üzrə nümayəndəsi ibad ibrahimovun, Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyevin iştirakıyla sakinlərin müraciətilə bağlı qəsəbənin Binəqədi şossesi ərazisinə baxış keçirilib.
Məqsəd sakinlərin qanunsuz olaraq zəbt etdiyi yolun əvvəlki vəziyyət qaytarılması və sakinlərin gediş gəlişinin tənim etmək idi.
Görüşdə sakinlərə “zəbtolunmalarla” bağlı son günlərdə prezident sərəncamından irəli gələn məqamlar izah edilmiş və belə halların təkrarlanmaması tövsiyyə olunmuşdur.
Belediyye.info