Binəqədi Rayon icra Hakimiyyətində yaradılmış Sakinlərin Müraciət Xidmətinin yaydığı məlumata görə , 2017-ci il fevral ayı üzrə statistik rəqəmləri əks etdirən göstəricilər təhlil edilərkən müəyyən edilib ki, Xidmətdə cavablandırılan zənglərin sayı 4390, birbaşa cavablandırılan zənglərin sayı 3759, yaradılan əks əlaqələrin sayı 734, günlük orta zəng sayı 156, tərtib edilən şikayət vərəqələrinin sayı 631 olub.
şikayət xarakterli müraciətin 631-nin icrası təmin edilib, o cümlədən 501-i və ya 79,4 %-i tam həll olunub, 73-ü və ya 11,6 %-i qismən həll edilib, 57-i və ya 9 %-nə müvafiq izahat verilərək həll edilib.
Fevral ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 298-i və ya 47,2 %-i qaz təchizatı, 199-u və ya 31,5 %-i su-kanalizasiya, 39- u və ya 6,2 %-i istilik təchizatı, 38-i və ya 6 %-i lift problemləri, 22-i və ya 3,5 %-i elektrik təchizatı ilə bağlı, 18-i və ya 2,9 %-i sakinləri narahat edən digər məsələlər, 9-u və ya 1,4 %-i zibil və tullantılar ilə əlaqədar, 6-sı və ya 1 %-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar, 2-i və ya 0,3 %-i yaşıllaşdırma idarəsi ilə bağlı olub.
Xidmətə ay ərzində 29 təşəkkür müraciəti daxil olub.
Qeyd edək ki, Binəqədi Rayon icra Hakimiyyətində yaradılmış Sakinlərin Müraciət Xidməti vətəndaşlarla operativ ünsiyyətin yaradılması, icra Hakimiyyətinə gəlmədən və yazılı müraciət etmədən onları narahat edən problemlərin icra Hakimiyyətinə çatdırılması baxımından çox faydalı və mütərəqqi xidmət növüdür. Xidmət bütün müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemi ilə təchiz edilmiş, 24 saat fasiləsiz olaraq fəaliyyət göstərir. Bütün bu imkanlar Binəqədi Rayon icra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasını təmin etmək məqsədini daşıyır.
Belediyye.info