Binəqədi rayonu Biləcəri qəsəbəsinin bəzi ərazilərində zibil qalaqlanmasıyla baglı Belediyye.infoya daxil olan məlumatla bağlı açıqlama verən bələdiyyə sədri Hikmət Quliyev belə bir faktın olduğunu təsdiqləyib.
Sədrin sözlərinə görə, bələdiyyənin təsərrüfatında olan maşın mexanizmlərdəki nasazlıq ərazidə zibil tullantılarınınn daşınmasında ciddi problem yaradıb: “Hazırda iş başındayıq, iki gündür bütün ərazilərdə qalaqlanmış zibil tullantılarının daşınmasıyla məşğuluq.
Qonşu bələdiyyələr və Rayon Mənzil Kommunal Təsərrüfatının əməkdaşları da bizə köməklik edirlər. Düşünürəm ki, gün ərzində bu problemin həllinə nail olacagıq.”
Sədrin sözlərinə görə, bələdiyyə daim qəsəbənin təmizlik məsələsini gündəmdə saxlamaqla yanaşı, sakinlərdən zibil daşınmasına görə ödənişləri də vaxtında verməyi tövsiyə edir.
Belediyye.info
|
|
|
|
|
|
|
|