“Binəqədi rayonu M. ə. Rəsulzadə qəsəbəsinin sakinləri olaraq bildiririk ki, Z. Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində tunelin üstündə yolun bağlanması M. K. Atatürk prospekti ilə Z. Bünyadov prospektinin kəsişməsində yay aylarından fərqli olaraq indi tıxacların yaranmasına səbəb olur. Hazırda məktəblər bağlı olduğuna görə Naxcıvani küçəsi ilə hərəkət etmək mümkündür. Nəzərə alsaq ki, “Yeni Dünya”, 102 â„–, 3 â„–, 276 â„– -li məktəblər bir küçədə yerləşir. Dərs günləri qeyd edilən məktəblərin qarşısından keçmək qeyri-mümkün olur. M. K. Atatürk prospekti ilə Z. Bünyadov prospektinin kəsişməsində qoyulan “yol ver” nişanı bəzilərinə “çörək ağacı”, sürücülərə baş ağrısı olur. Bu tərəfə baş yol verirlər o tərəf tıxac olur, o tərəfə baş yol verirlər bu tərəf tıxac olur. Yay aylarından fərqli olaraq indi tıxaclar yaranmağa başlayıb. Körpünün yanındakı “yol ver”nişanı demək olar ki, M. K. Atatürk prospekti ilə üzü metronun “Gənclik” stansiyasına doğru hərəkəti iflic edir. Bu ərazidə tıxacların qarşısını almaq üçün təklif edirik ki, tunelin üstünə yolun bağlanması üçün qoyulan betonlar götürülsün. “20 Yanvar” dairəsində tətbiq edilən qaydada işıqforlar quraşdırılsın. Z. Bünyadov prospekti istiqamətində uzun müddətli 60-100 saniyə yaşıl işıq yansın. 25-30 saniyə Azadlıq prospekti istiqamətində. Bu ərazidə işıqforun tətbiqı tıxacları aradan qaldıracaqdır.
ikinci təklifimiz ondan ibarətdir ki, “3-cü mikrorayon” bazarı tərəfdən gəlib geri qayıtmaq üçün körpünün altındakı dairəyə çatmamış geriyə dönüş üçün yeni döngənin açılması məsələsinə baxılsın .
Eyni ilə Ayna Sultanovanın heykəli tərəfdən gələn maşınlar üçün dairəyə çatmamış kürpünün altından geriyə dönüş üçün yeni döngənin açılması. Böyük maşınlar üçün yüksəklik çatmasa Heydər əliyev Mərkəzinin yanından aeroport yoluna olan döngədəki formada məhdudlaşdırıcı qoymaq lazımdır.
Bu ərazidə böyük tıxaclar başlamamış əvvəlcədən tədbir görməyinizi xahiş edirik.”
Binəqədi rayonu M. ə. Rəsulzadə qəsəbəsinin sakinləri adından Məhəmməd Kərimov
Belediyye.info