Belediyye.infoya daxil olan məlumata görə, Bakı şəhəri Azadlıq prospekti 89, 89a və 91 ünvanında yaşayan sakinlər Azərbaycan Respublikasının Birinci -Vitse Prezidenti
Xanım Mehriban əliyevaya müraciət ediblər. Müraciətdə deyilir:
" Azərbaycan Respublikasının Birinci -Vitse Prezidenti
Xanım Mehriban əliyevaya
Hörmətli Mehriban Xanım!
Sizə Bakı şəhəri, Nəsimi Rayonu, Azadlıq prospekti 89, 89A, 91 ünvanında yaşayan sakinlərin adından müraciət edirik.
Məlumat üçün bildiririk ki, artıq üç aya yaxındır ki, bu və bu əraziyə yaxın onlarca binanın sakinləri qaz üzünə həsrət qalıb. Demək olar ki, verilən sızqa təbii qazla heç bir iş görmək mümkün deyildir.
Soyuq və şaxtalı qış günlərində qazın verilməməsi biz sakinlərə həm mənəvi, həmdə maddi cəhətdən ciddi ziyan vurub. Uşaq və yaşlı sakinlərimizin tez -tez xəstələnmələri hər bir sakinin sağlamlığına təsir edib. Üstəlik təbii qazın verilməməsi nəticə etibaryilə elektirk enerjisinin istifadəsini artırmış olub. Buda öz növbəsində enerjiyə qoyulmuş limiti keçməyimizə şərait yaratdı. Nəticədə ay ərzində enerjiyə görə istifadə haqqının ödənişi hər bir sakin üçün çətinlik yaratdı. indi ki maliyyə durumunda ay ərzində 100-150 manat elektrik enerjisinin istifadəsinə görə haqların ödənişi bizləri çıxılmaz vəziyyətə salıb.
Bütün bunlarla yanaşı “Azərqaz” istehsalat Birliyinin 104 “Qəza xidməti”nə və 185 “Qaynar xətti”nə demək olar ki, hər gün etdiyimiz müraciətlər heç bir nəticə verməmiş və bu xidmətlərdə çalışan işçilərin soyuqqanlı cavabları açığı sakinlərimizi daha da hiddətlənləndirib.
Qarşıdan bayram günləri gəlir. Belə bir günlərdə hər birimizin evində az da olsa bütün nazı-nemət var. Təbii qazın əraziyə verilməməsi ucbatından ailə üzvlərimiz onu hazırlayıb süfrəmizə qoya bilmir. Demək bununla da qarşıdan gələn Növruz çərşənbələrini və bayramı layiqincə keçirə bilməyəcəyik.
Hörmətli Mehriban xanım!
Bizim yaşadığımız binalara təbii qazın verilişinin bərpa edilməsinə yardımçı olmağınızı Sizdən xahiş edir və əvvəlcədən Sizə öz təşəkkürümüzü bildiririk.
P.S. Gec də olsa Sizi bu vəzifəyə təyin edilməniz münasibətiylə, həmçinin qarşıdan gələn Beynəlxalq Qadınlar günü və Novruz bayramı münasibətyilə təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik.
Sizə dərin hörmət və ehtiram hissiylə,
Bakı şəhəri, Nəsimi Rayonu, Azadlıq prospekti 89, 89A, 91 ünvanında yaşayan sakinləri:"