əsası Ulu Öndər Heydər əliyev tərfindən qoyulan və hörmətli prezidentimiz ilham əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ildən-ilə güclənməkdə olan yerli özünüidarə orqanları, bələdiyyələr digər sahələrdə olduğu kimi ölkənin sosial-iqtisadi inkişafında öz töhfəsini verməkdədir.
Bələdiyyələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı Qanunlara əlavə və dəyişikliklər edilməsi, yerli əhəmiyyətli sosial, iqtisadi inkişaf, ekoloji proqramların həyata keçirilməsində bələdiyyələrin fəaliyyətinə dövlət dəstəyinin verilməsi bu qurumun inkişafına təkan verir. Xızı Bələdiyyəsi öz işini Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı imzaladığı fərman və sərəncamlardan, Milli Məclisin yerli özünüidarə ilə əlaqədar qəbul etdiyi qərar və qanunlardan, bələdiyyənin öz Nizamnaməsindən irəli gələn vəzifələri, həmçinin bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları rəhbər tutaraq fəaliyyətini qurur.
Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, Xızı Bələdiyyəsi ötən il gördüyü işlər haqqında illik hesabatını ictimaiyyətə təqdim edir.
Xızı bələdiyyəsi 2022-ci ildə nəzərdə tutduğu işlərin hamısını həyata keçirə bilməmişdir. Bunun obyektiv və subyektiv səbəbləri vardır. Daha sonra X.Qasımov qeyd etdi ki, 2010-cu ildən Xızı şəhərində inşaasına başlanılmış xeyr-şər evinin tikintisini hələdə başa çatdıra bilməmişik. Bu işləri başa çatdırmaq üçün böyük maliyyə vəsaiti lazımdır. Bundan əlavə əsas səbəb bələdiyyə büdcəsini formalaşdıran ən iri gəlir mənbələri olan əmlak və torpaq vergilərinin istənilən səviyyədə toplanmamasıdır. Xızı şəhərinin sakinləri vergiləri vaxtında ödəmiş olsaydılar biz işlərin bir hissəsinə tez bir zamanda həyata keçirə bilərdik. Odur ki, biz bu məsələni birlikdə həll etməliyik. Vergi və ödənişlərin toplanmasında qarşımıza çıxan problemləri aradan qaldırmalıyıq.
2023-cü ildən başlayaraq vegi borclarını ödəməyən şəxslər barədə ciddi ölçü götürülməli və məcburi aktlar tərtib edilməlidir. Bu bizim üzərimizə düşən vəzifə borcudur.
Xızı Bələdiyyəsi bundan sonra da vətəndaşları yerli özünüidarə prosesinə cəlb etməkdə, qarşıya çıxan problem və nöqsanları aradan qaldırmaq üçün potensialını səfərbər edəcək, yerli problemlərin həllində öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirilməsi üçün var qüvvəmizlə çalışacağıq.
Bələdiyyələr haqqında əsasnamədə nəzərdə tutulduğu kimi hər bir bələdiyyə ilin yekunu haqqında hesabat verməlidir. Verilən hesabat göstərilən müddət ərzində təkcə görülmüş işləri sadalamaqdan deyil, həm də ərazidə yaşayan insanların sosial həyatına ayrılan diqqət və qayğıdan ibarət olur.
Xızı bələdiyyəsi görülmüş işləri əks etdirməklə 2022-ci ilin yekunu haqqında hesabatını hazırlamışdır.
2022-ci il ərzində Xızı bələdiyyəsinin büdcəsinə ümumilikdə 6917 manat pul vəsaiti daxil olmuşdur. Belə ki, torpaq vergisindən 530,97 manat, əmlak vergisindən 1316,08 manat, torpaqların alqı-satqısından 3000 manat və dövlət tərəfində ayrılmış datasiya 2070,00 manat təşkil edir.
2022-ci il ərzində Xızı bələdiyyəsinin xərcləri ümumilikdə 7188 manat təşkil edir. Belə ki, əmək haqqının ödənilməsi üçün büdcədən 4467 manat, vergi sərəncamına 92,21 manat, AşBMA-üzvlük haqqı 500manat, Rabitə xidmət haqqı üçün 80,00 manat, elektrik xidmət haqqı üçün 70 manat, Audit xidmət haqqı üçün 1400,00 manat, ASAN imza üçün 44,00 manat, ezamiyyə xərci üçün 169,00 manat, qəzet abunəsi üçün 67,80 manat, BAMS-ın 3%-i 145,41 manat və poçt xidmətinə isə 153,20 manat təşkil edir.
Xeyr-şər evinin tikintisi çox böyük maliyyə vəsaitləri hesabına başa gəlir. Xızı şəhərinin əhalisini nəzərə alsaq və xeyr-şər evinin olmaması əhaliyə böyük çətinliklər törədir. Biz hamılıqca bu işdə Xızı bələdiyyəsinə dəstək durmalıyıq ki, xeyr-şər evinin tikintisi qısa zamanda başa çatdırılsın. Bu dəstək vergilərin vaxtında yığılmasından başlamalıdır. inanırıq ki, gələcəkdə dövlətimiz tərəfində də maliyyə vəsaiti ayrılacaq və Xızı şəhərində əhali üçün müasir tələblərə uyğun olan xeyr-şər evinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə veriləcəkdir.
Xaliq Qasımov
Xızı bələdiyyəsinin sədri