Quba rayonu Barlı bələdiyyəsinin sədri Kərim Məmmədovun Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyənin DSMF-yə hazırda 11.000 manat borcu vardır.
Ancaq son üç il ərzində bələdiyyənin DSMF-yə olan və əvvəlki illərdən yığılıb qalmış 15.000 manat borcu ödənilmişdir. Ancaq bu gün yerdə qalan 11.000 manatın ödənişi problemə çevrilib.
Sədrin sözlərinə görə, hazırda bələdiyyənin vergi xidməti orqanının apardığı hesablamalara görə, qəsəbədəki vergi ödəyicilərinin bələdiyyəyə 100 min manatdan artıq borcu vardır. Və bu borcun alınması üçün vergi müfəttişləri bütün mümkün vasitələrdən istifadə edir. Hələ ki, bir irəliləyiş yoxdur.
Hazırda illk büdcə gəlirimiz 25000 manata çatmır. Ancaq əldə etdiyimiz vəsaitin əsas hissəsini torpaq vergisindən və torpaq üzrə icarə haqqlarından olan vəsait təşkil edir.
Hazırda qəsəbədə 1200 təsərrüfatımız vardır və 5500 artıq sakin yaşayır.
əsas məqsədimiz əhalini vergiyə cəlb etməkdir. Bizim vergi ödəyicilərinə qarşı hər hansı cərimə sanksiyasının tətbiqi mexanizmi olmadığından əsas fikrimizi ancaq təbliğata yönlətmişik.
Belediyye.info