"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sakinlərin bizə göstərdiyi etimadı doğrultmaq niyyətindəyik

--2015-09-04 / 22:26

Lökbatan bələdiyyəsi Qaradağ Rayon icra Hakimiyyəti tərəfindən qəsəbədə aparılan abadlıq-quruculuq işlərində daim yaxından iştirak edir. Ötən səkkiz ay ərzində qəsəbədə aparılan sosial-iqtisadi məsələlərin həllində Lökbatan bələdiyyəsi də öz tövhəsini verib. Bu sahədə əsas fəaliyyət istiqamətlərindən biri məhəllədaxili ərazilərdə təmizlik işlərinin həyata keçirilməsi və binadaxili yolların asfaltlaşdırlımasıdır.

Belə ki, bələdiyyə tərəfindən H. Məmmədov küçəsi 1, 5 saylı binalarının yaxınlığında, Nizami küçəsi 5 ünvanında, S.Orucov döngəsində və S.Orucov küçəsi 39 saylı binanın yaxınlığında dörd ünvanda zibil qutularının yerləşdirliməsi üçün  meydança tikilərək istifadəyə  verilib. B.Niftəliyev küçəsi, VIII massivdə 3800 m2 gil-lay qatı çıxarılaraq ərazidə bərkitmə işləri aparılıb. S.Orucov küçəsi, Musəvi küçəsi və III massiv  I küçədə  5 ədəd kanalizasiya lyuku bərpa edilib.

Qəsəbədaxili yollara asfalt vurulmasını da diqqət saxlamışıq. Ötən 8 ay ərzində  bələdiyyə tərəfindən 3330 m2  asfalt  örtüyü  vurulub.  II massiv və III massivdə dağ yamaclarından sel sularının gətirdiyi daş qırıntılarını, eyni zamanda S.Orucov küçəsində torpaq və inşaat materiallarının qalıqları yığılaraq bələdiyyə tərəfindən daşınıb.

Lökbatan  bələdiyyəsi tərəfindən S.Orucov küçəsi, III yaşayış massivi, Nizami küçəsi, Musəvi küçəsi, Y.Mirzəyev və V.əsgərov küçələrində 2553 m2 sahəyə asfalt vurulub. Həmin əraidə  1340 m2   sahə isə karbonat işləri həyata keçirilib.

Eyni zamanda Lökbatan bələdiyyəsi qəsəbədə daim sosial məsələləri diqqət mərkəzində saxlanılmsını davam etdirir. Belə ki, neftçi Qurban adına 288 saylı məktəbin ətrafında yaşayan və həmin məktəbdə təhsil alan məktəblilər və müəllimlərin, o cümlədən  qəsəbə sakinlərinin rahatlığını təmin etmək məqsədilə məktəbin ətrafında 5 istiqamətdə piyada yolu salınaraq 777 m2 asfalt, 1340 m2 lik sahə isə asfalt vurulması üçün hazırlanıb. Bundan əlavə I massivdə 1800 m2, VI massivdə 1200 m2 asfaltaltı hazırlıq işləri həyata keçirilib.

Həmçinin Lökbatan bələdiyyəsi tərəfindən qəsəbədə  fəaliyyət göstərən 4 saylı usaq bağçasının bir neçə otağı cari təmir edilərək istifadəyə verilib.

Lökbatan bələdiyyəsinin sosial fəaliyyətinin davamı olaraq qeyd etmək istərdik ki, S.Səfərov küçəsi 4 ünvanında məhəllə sakinlərinin məhəllə ağsaqqallarının istirahət etmələrinə və boş vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq məqsədilə ərazidə istirahət guşəsi - söhbətkeş inşa edib.

əlavə olaraq qeyd edək ki, Lökbatan bələdiyyəsi tərəfindən 35 m kanalizasiya xətti çəkilib. Lökbatan  bələdiyyəsinin   fəaliyyət  göstərdiyi inzibati  binanın  dam  örtüyü cari  təmir  edilib. Habelə yanğın  təhlükəsizliyinin  təmin  edilməsi üçün  bələdiyyənin   fəaliyyət  göstərdiyi inzibati binanın  elektrik  xətləridə  dəyişdirilib. Lökbatan bələdiyyəsində qulluqçuların fəaliyyətini yaxşılaşdırılması  üçün iş  otaqları kompüter, kondisioner, iş masaları  və  digər  texniki  avadanlıqlarla təmin  edilərək otaqlarda iş şəraiti yaxşılaşdırılıb.

Uğurlarımızdan biri də şəffaflığın  təmin  edilməsi  məqsədiylə bələdiyyə quluqçularnın əmək  haqqlarının  plastik  kartlarla  ödənilməsi olub. Həmçinin artıq bələdiyədə vergi  ödəyicilərinin  uçotunun  dəqiqləşdirilməsi üzrə  işlərini də  başa çatdırıb.

əldə etdiyimiz uğurlardan biri də vergi yığılmasıyla bağlıdır. Cari ildə ötən  illərlə  müqayisədə  torpaq və əmlak  vergilərinin  toplanılmasında  ciddi  irəliləyiş  əldə  edilib. Torpaq  vergisinin toplanması  ötən ilin  8 ayı  ilə  müqayisədə 3.5 dəfə, əmlak  vergisi  isə 10,8 dəfə çox  olub.  Bu da ötən illə   müqayisədə  ümumilikdə   7,5 dəfədən çox  deməkdir. Torpaq və əmlak  vergiləri tədiyyə  bildirişi  paylanılaraq bank  və poçt vasitəsi ilə  toplanılmaqdadır. Torpaq və əmlak   vergilərinin  toplanılması   üçün məhəllə komitələri tərəfindən  əhali  arasında  geniş   maarifləndirmə  işləri  aparılır.

Lökbatan qəsəbəsi ərazisində  fəaliyyət  göstərən  orta  məktəblərin  VIII sinif  şaqirdləri arasında  inşa  yazı  müsabiqəsi keçirilərək  qaliblər  mükafatlandırılıb. Cari ilin 8 ayı ərzində  Lökbatan  bələdiyyəsinə 63 müraciət daxil  olub ki, bu müraciətlərin  də  45 həll edilib, on ikisi qismən həll   edilib, 6 müraciətə isə baxılır.

Lökbatan bələdiyyəsində  həmçinin ötən dövrdə idarədaxili nizam-intizam qaydaları  gücləndirilərək, texniki  təhlükəsizlik  qaydalarına  əməl  edilməsi barədə  işçilər  təlimatlarla  tanış  edilıb.

Hazırda Lökbatan bələdiyyəsi  qəsəbənin  I yaşayış   massivində  küçələrin işıqlandırılması üçün  küçə  işıqlarını çəkilməsi ilə   bağlı  hazırlıq  işləri  həyata  keçirilir.

Eyni zamanda Lökbatan bələdiyyəsi qışa hazırlıqla əlaqədar olaraq qəsəbədə yerləşən bir neçə yaşayış binasının giriş hissələrinin təmirini  həyata keçirməyi nəzərdə tutur.

Beləliklə, bələdiyyəmiz qəsəbə sakinlərinin bizə göstərdiyi etimadı doğrultmaq niyyətindədir. Bələdiyyə iclaslarının hər birində məhz sakinlər tərəfindən qaldırılan məsələlər müzakirə edilərək onun həlli istiqamətində addımlar atılır və müvafiq orqanlar qarşısında məsələ qaldırılır.

inanırıq ki, sakinlərimiz tərəfindən qaldırılan məsələlərın həllinə Qaradağ Rayon icra Hakimiyyətinin dəstəyi ilə az vaxt ərzində nail  olacağıq.

Namizəd ismayılov

Qaradağ rayonu Lökbatan bələdiyyəsinin sədri

ŞƏRHLƏR