Nərimanov bələdiyyəsi rayonda abadlıq işlərini davam etdirir. Bu barədə məlumatı Nərimanov bələdiyyəsi yayıb.
Bu günlərdə Nərimanov bələdiyyəsi sakinlərin müraicətini və millət vəkili Hikmət Baba oğlu Məmmədovun xahişini nəzərə alaraq Bakı şəhəri, Nərimanov rayonu, Heydər əliyev prospekti, 72, Arif Heydərov küçəsi, 27 və A.Neymətulla küçəsi, 28 ünvanlarında yolun asfalt örtüyünün yararsız vəziyyətdə olmasıyla bağlı əraziyə baxış keçirib və vəziyyətin aradan qaldırılmasıyla bağlı problemin həllini bələdiyyə iclasında müzakirəyə çıxarıb. Bələdiyyə iclasının qərarıyla bu problem birdəfəlik öz həllini tapıb.
Belə ki, müraciət nəzərə alınaraq, Nərimanov bələdiyyəsinin təşəbbüsü ilə yolun asfalt örtüyünün yenilənməsi işlərinə başlanılıb və qısa bir zamanda yararlı vəziyyətə gətirilərək, sakinlərin istifadəsinə verilib.
Belediyye.info