"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sakinlərin müraciətini Nərimanov bələdiyyəsi cavabsız qoymadı

--2021-09-15 / 12:15
 
Nərimanov rayonu, Daş karxanası küçəsi 50 ünvanında yaşayan sakinlər tərəfindən qeyd olunan ərazidə yerləşən küçə və dalanlarda yolun asfalt örtüyünün yenilənməsilə bağlı ünvanlanan müraciətə müsbət cavab verilib.
Bununla bağlı məlumat Nərimanov bələdiyyəsindən daxil olub.
Qeyd olunan əraziyə baxış keçirilmiş və tez bir zamanda məsələnin həll olunacağı barədə məlumat sakinlərə bildirilmişdir.
Beləliklə, 13.09.2021- ci il tarixində Milli Məclisin deputatı Hikmət Babaoğlunun müraciəti və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyevin tapşırığı ilə qeyd olunan ünvanda yolun asfalt örtüyünün yenilənməsi işlərinə başlanılmış və qısa müddətdə sakinlərin istifadəsinə verilmişdir.
Belediyye.info
 
ŞƏRHLƏR