"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Salyan bələdiyyəsi şəhərin abadlığına 60 min manat vəsait xərcləyib

--2015-08-10 / 11:20

Salyan bələdiyysindən Belediyye.info saytına daxil olan məlumata görə, 2015-ci  ilin 6 ayında  yerli büdcənin vəsaiti üzrə gəlirlər 90228 manat olub.  Bu vəsaitin 6445 manatı torpaq vergisindən, 5353 manatı əmlak vergisindən, 1420 manatı yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisindən,  68620 manatı bələdiyyə əmlakının özəlləşdirilməsindən daxil olan ödəniş, 3420 manatı bələdiyyə əmlakının icarəyə verilməsindən daxil olan gəlirlərdir.

2015-ci ilin 6 ayında bələdiyyə xəzinəsindən Salyan şəhərinin abadlığı ilə əlaqədar olaraq şəhərin ayrı-ayrı küçələrinin təmirinə, işıqlandırılmasına, şəhərin yaşıllaşdırılmasına və digər abadlıq-quruculuq işlərinə 63852  manat pul vəsaiti xərclənmişdir. 

Salyan Bələdiyyəsi 2015-ci ilin 6 ayında  aztəminatlı və şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, digər kateqoriyadan olan imkansız vətəndaşlara 4 min manatdan pul yardımı verilib.

Belediyye.info

 

ŞƏRHLƏR