(Salyan bələdiyyəsinin 2018 – ci ilin 6 ayı ərzində gördüyü işlərə dair hesabat)
Azərbaycanda demokratiyanın inkişafı digər mütərəqqi təsisatlarla yanaşı, həm də yerli özünüidarəetmə qurumu olan bələdiyyələrin fəaliyyətini təkmilləşdirməkdən, günün tələbləri səviyyəsində qaldırmaqdan çox asılıdır. Bu gün bu proses getməkdədir və hazırda bələdiyyələri cəmiyyətdən kənar təsəvvür etmək qeyri-mümkündür. inkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, dövlətin idarə olunmasında vətəndaşların iştirakını bilavasitə təmin edən, eyni zamanda real yerli özünüidarəetmə orqanı olan bələdiyyələr güclü və demokratik hakimiyyətin formalaşmasında mühüm rola malikdir.
2018 – cı ilin 6 ayı ölkəmiz üçün çox uğurlu il olmuşdur. Bu dövrdə Azərbaycanın uğurlu, dinamik inkişafı təmin edilmişdir. Ölkə qarşısında duran bütün vəzifələr müvəffəqiyyətlə icra edilmişdir.
Öz fəaliyyətində Azərbaycan Respublikası Konistitusiyanın müvafiq maddələrinə, «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununa və bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlara və digər normativ hüquqi aktlara əsasən Salyan bələdiyyəsi işini seçicilərin arzu və təkliflərinə müvafiq müəyyənləşdirmiş, bələdiyyə üzvlərinin iclaslarında qəbul edilmiş yerli proqramlara uyğun olaraq qurur və həyata keçirir.
Ümumiyyətlə, bələdiyyəçilik, cəmiyyətimizdə yerli özünüidarəetmə orqanı kimi digər strukturlarla müqayisədə yeni olduğundan qarşıya qoyulan məqsədləri həyata keçirərkən bir sıra obyektiv və subyektiv çətinliklərlə üzləşsək də 2018-ci ilin 6 ayı ərzində bələdiyyəmiz xeyli işlər görmüşdür.
Bu gün rayonumuzdakı tikinti, abadlıq, quruculuq işlərini görməmək mümkün deyil. Bu işlərdə Salyan bələdiyyəsi yerli özünüidarəetmə orqanı kimi fəaliyyətini günbəgün inkişaf etdirir və genişləndirir, şəhərin sosial-iqtisadi probleminin həllində, abadlıq-quruculuq işlərində fəallıq nümayiş etdirir, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçrilməsində iştirak edir.
Salyan bələdiyyəsinin 14 nəfər üzvü vardır. Bunlardan 4 nəfəri qadındır. Bələdiyyədə 5 daimi komissiya və icra aparatı fəaliyyət göstərir. Komissiya sədrləri savadlı, təcrübəli və peşəkar insanlardan seçilmişdir.
Hesabat dövründə bələdiyyəmiz 14 yığıncaq keçirmiş, 95 müxtəlif məsələ müzakirə edilmişdir. Məsələlərin həlli əsasən sosial sifarişlər əsasında, sakinlərin müraciəti, təklifləri əsasında kollegial şəkildə həyata keçirilir.
Bələdiyyələr özünüidarə orqanı olduğu üçün onların büdcəsi əsasən fərdi yaşayış evlərindən, ticarət obyektlərindən və çoxmərtəbəli binalardakı özəlləşdirilmiş mənzillərdən əmlak və torpaq vergisinin yığılması hesabına formalaşdırılır. Bu sahədə də xeyli çətinliklər mövcuddur.
əhalinin yerli vergi ödənişi sahəsində maarifləndirilməsi üçün müxtəlif tədbirlər görülür ki, bu da öz müsbət nəticələrini verməkdədir. Bələdiyyə üzvləri və bələdiyyə aparatı işçiləri əhali ilə müntəzəm görüşlər keçirir, bələdiyyənin gördüyü işlər barəsində hesabat verir, onların təklif və məsləhətlərini dinləyir, problemlərini özlərinin arzuladığı formada həll etməyə çalışır. Bələdiyyə üzvlərinin və bələdiyyə aparatı işçilərinin şəhər əhalisi arasında apardığı təbliğat işləri nəticəsində əhalinin bələdiyyəyə inamı daha da artır və ilbəil əhalidən yığılan əmlak və torpaq vergisinin miqdarı artmaqdadır.
Hesabat dövründə bələdiyyə büdcəsinə daxil olmuş vəsait şəhərin abadlığı, sosial quruculuğu məsələlərinə, imkansız və şəhid ailələrinə, Qarabağ müharibəsi, Çernobıl əlillərinə və bələdiyyə icra aparatının saxlanmasına xərclənmişdir.
Sosial Müdafiə və Sosial yönümlü işlər arasında, əlil, qaçqın, şəhid və imkansız ailələr Bələdiyyənin daima diqqət mərkəzində saxlanılır. Bu kateqoriyadan olan sakinlərin təmsil olunduqları cəmiyyətlərlə (Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri, Çernobıl, əfqanıstan müharibəsi əlilləri, Böyük Vətən Müharibəsi Veteranları və s.) Bələdiyyə arasında sıx əlaqələr qurulub.
Bütün bayram və əlamətdar günlərdə tədbirlər keçirilir, maddi yardım və bayram sovqatları paylanılır. Hər ay imkansız ailələrin və əlillərin müraciətləri əsasında onlara maddi yardım verilir.
Bu dövrdə vergi və rüsumların toplanmasında müəyyən irəlləyişlərə nail olsaq da hələ əhalidən vergilərin toplanmasında müəyyən problemlərimiz vardır.
2018-ci ilin 6 ayında yerli büdcəyə torpaq vergisi üzrə 6015 manat, əmlak vergisi üzrə 5848 manat, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi üzrə 16400 manat, bələdiyyə əmlakının özəlləşdirilməsindən daxil olan ödənişlər üzrə 69731 manat, bələdiyyə əmlakının icarəyə verilməsindən daxil olan gəlirlər 495 manat və dövlət büdcəsindən dotasiya 13200 manat olmuşdur.
Hesabat dövründə bələdiyyə büdcəsinə daxil olmuş vəsait şəhərin abadlığı, sosial-quruculuğu məsələlərinə, imkansız və şəhid ailələrinə, Qarabağ müharibəsi, Çernobel əlillərinə və bələdiyyə icra aparatının saxlanmasına xərclənmişdir.
2018-cilin 6 ayında bələdiyyə xəzinəsindən bələdiyyə aparatı işçilərinə 12950 manat əmək haqqı verilmiş, Dövlət Sosial Müdafiə fonduna 2849 manat, şəhər bələdiyyələri Milli Assosasiyasına isə 600 manat, Silahlı Qüvvələrin Yardım Fonduna 150 manat, elektrik enerjisi haqqının ödənilməsinə 518 manat, DəDRX rüsumlarına 14970 manat, bank və poçt xidmətinə 2364 manat, digər xərclərə 3980 manat pul vəsaiti köçürülmüşdür.
Salyan şəhərinin abadlığı ilə əlaqədar olaraq şəhərin A.M.Ağazadə, 20 Yanvar, Y.Zərgərli küçələrinə asfalt basılmasına və çınqıl tökülməsinə 18100 manat, şəhərin yaşıllaşdırılmasına və abadlaşdırılmasına 35958 manat, rayonda keçirilən tədbirlərə 4600 manat, təhsil xərclərinə 500 manat, sosial yardımlara və müavinətlərə 14150 manat pul vəsaiti xərclənmişdir.
Salyan bələdiyyəsi öz fəaliyyətini əsasən əhalinin müxtəlif təbəqələri tərəfindən irəli sürülən məsələlərin həlli istiqamətində qurmaqla, ölkədə əhalinin sosial-iqtisadi çətinliklərinin həllində dövlətə yaxın köməkçi olmaq, dövlət tərəfindən həyata keçrilməsi nəzərdə tutulmayan tədbirlərin icrasını təmin etməklə əhalinin ehtiyaclı təbəqəsinə yardımçı olmaq bələdiyyəmizin fəaliyyətinin əsasını təşkil edir.
Bələdiyyəmiz hər il həyata keçiriləcək tədbirləri rayon icra hakimiyyəti ilə birlikdə nəzərdən keçirir və yeni vəzifələr müəyyənləşdirir.
Nəzərinizə çatdırmaq istəyirəm ki, rayon bələdiyyələri əlaqələndirmə şurası ilə rayon icra Hakimiyyəti arasında koordinasiya şurası yaradılmışdır ki, bu da işlərimizin planlı və düzgün istiqamətdə qurulmasında böyük rol oynayır.
Bələdiyyə fəaliyyətinin daha da genişləndirilməsi və onun əsl özünüidarə orqanına çevrilməsi məqsədilə şəhər, qəsəbə və kənd bələdiyyələrinin Milli assosiasiyalarının fəaliyyəti diqqətə layiqdir.
Hörmətli yığıncaq iştirakçıları !
Hesabat dövründə vətəndaşların ərizə və şikayətlərinə baxılması gündəlik fəaliyyətimizin başlıca istiqamətlərindən biri olmuşdur. 2018-cı ilin 6 ayı ərzində vətəndaşlar tərəfindən bələdiyyəyə 95 ərizə, şikayət və müraciətlər daxil olmuşdur ki, bunlar da əsasən müsbət həll edilmişdir.
Yuxarıda qeyd olunanlarla bərabər qeyd etmək istərdim ki, görülən işlər bizi o qədər də qane etmir. ərazimizin sosial-iqtisadi həyatı ilə bağlı həllini gözləyən bir çox məsələlər vardır. Belə ki, şəhərin bir sıra küçələrinin abadlıq işlərinə, sakinlərimizin sosial- məişət şəraitindəki çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinə böyük ehtiyac vardır. əhalinin qaz, su, elektrik enerjisi təchizatı ilə bağlı problemləri çox təssüf ki, bü gündə vardır. Lakin qazın, suyun, elektrik enerjisinin verilməsində subyektiv səbəblər də vardır. Belə ki, əhalinin bir hissəsinin qazın, suyun, elektrik enerjisinin pulunu ödəməməsi həmin səbəblərdən biridir.
Təssüflə qeyd etmək istəyirəm ki, indiyə qədər şəhər bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların təsdiq olunmuş xəritəsi, əksər şəxsi evlərin şəhadətnamələri yoxdur.
şəhərin təmizliyi də bələdiyyəmizin gündəlik məşğul olduğu məsələlərdəndir. Rayon icra Hakimiyyətinin şəhər üzrə nümayəndəliyi, rayon kommunal müəssisəsi ilə birlikdə Kür çayı sahili ərazilər gündəlik zibillikdən təmizlənməsinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən Kür çayı sahilinə zibil tökülməsi davam edir.
Bundan başqa RiH-i tərəfindən ayrı-ayrı obyektlərin tikintisinə sərəncam verilərkən, obyektlərin 5 metr raidusda təmiz saxlanması sahibkarlara tapşırılmasına baxmayaraq, həmin ərazilərin ayrı-ayrı şəxslər tərəfindən zibillənməsi davam edir.
Rayon sanitar-epidomoloji mərkəzindən xahiş olunur, həmin vətəndaşlar haqqında müvafiq tədbir görsünlər.
Bildiyiniz kimi şəhər qəbristanlığında RiH-i və şəhər bələdiyyəsi tərəfindən mütəmadi olaraq abadlıq-təmir işləri aparılır. Qəbristanlıqda abadlıq işlərinin görülməsi məqsədilə bələdiyyə tərəfindən oraya işçi-nəzarətçi təyin olunmasına baxmayaraq ayrı-ayrı vətəndaşlar qəbristanlıqda mal-qara otarır, məişət tullantıları ilə zibilləyirlər ki, bu da dözülməz haldır. Yığıncaqda din xadimlərinin də iştirak etməsindən istifadə edərək onların da bu işlərə yardım etmələrini xahiş edirəm.
Bu gün rayonumuzda, o cümlədən Salyan şəhərində hörmətli icra başçımız S.Hətəmovun rəhbərliyi və gərgin əməyi nəticəsində gedən abadlıq-quruculuq işlərini görməmək və qiymətləndirməmək sadəcə insafsızlıq olardı.
Biz də şəhərimizin daha da abadlaşmasında və sosial məsələlərin həllində hörmətli başçımız S.Hətəmovun köməkliyi və qayğısı nəticəsində öz işlərimizi qurur və bundan sonra da var gücümüzü əsirgəməyəcəyik.
V.Hüseynov
Salyan bələdiyyəsinin sədri