sorğu
Salyan və Göygöl bələdiyyələrində mədən vergisinin həcmi kəskin şəkildə azalıb. Bu barədə məlumat Dövlət Statistika Komitəsindən daxil olub.
Belə ki, 2017-ci ildə Salyan rayonunda formalaşan 20 bələdiyyənin 74.700 manat mədən vergisi toplamışdısa, bu rəqəm 2018-ci ildə cəmi 29 min manat olub.
Ümumi büdcə gəlirlərində artım müşahidə ediləsə də mədən vergisində ciddi azalma olub.
Göygol rayonunda isə formalaşan 24 bələdiyyə 2017-ci ildə 84.800 manat mədən vergisi toplayaraq əvvəlki illərlə müqayisədə 376 faiz maliyyə vəsaiti əldə edə bilmişlər. Lakin bu rəqəm 2018-ci ildə əvvəl ki illə müqayisədə 32.1 faiz olub.
Qeyd edək ki Göygol bələdiyyələrində ümumi büdcə gəlirlərində də azalma müşahidə edilib.
P.S. Mövzunu diqqətdə saxlayacağıq.