"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şamaxı bələdiyyələri 2017-ci ildə mehmanxana ödənişi toplaya bilməyiblər

--2018-05-23 / 15:25

 şamaxının 26 bələdiyyəsi il ərzində 360.100 manat maliyyə vəsaiti toplaya bilib. Bu ötən ildəki rəqəmdən 17.8 faiz artıq deməkdir.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, büdcə gəlirlərində torpaq vergisinin həcmi 31.5 faiz, əmlak vergisinin həcmi 14.1 faiz, reklamlardan daxil olan ödənişin həcmi 1 faiz, bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən  daxil olan vəsaitin həcmi 21.9 faiz, icarəyə verilmiş əmlakdan daxil olan vəsaitin həcmi isə 12.6 faiz olub.

il ərzində 26 bələdiyyəyə ayrılan dotasiyanın həcmi isə 63.900 manat təşkil edib.

2017-ci ildə şamaxı bələdiyyələrinin büdcəsinə avtodayanacaqlardan 1000 manat,  mədən vergisindən isə 3000 manat maliyyə vəsaiti daxil olub.

Bununla yanaşı il ərzində mehmanxana ödənişlərindən bir manat da vəsait daxil olmayıb. Qeyd edək ki, hazırda şamaxı şəhəri və ətraf ərazilərdə irili-xırdalı ona yaxın otel və otel xidməti göstərən obyektlər fəaliyyətdədir.

Ancaq qeyd edək ki, şamaxı bələdiyyələri əmlak vergisinin yığımında ciddi irəliləyişə nail ola biliblər.

Belə ki, il ərzində bu istiqamətdən 50.900 manat vəsait daxil olub ki, bu da ötən ildəkindən 64 faiz artıq deməkdir.

Belediyye.info

ŞƏRHLƏR