Musayev Musa Məhəmməd oğlu 30 iyul 1951-ci ildə şamaxı rayonunda anadan olub.
1968-ci ildə şamaxı şəhər 1 saylı tam orta məktəbini fərqlənmə ilə bitirıb.
1968-1976-ci illərdə Moskva qiyabi Ümumittifaq yeyinti-sənaye institutunun şərabçı-texnoloq ixtisası üzrə Ali təhsil alıb.
1968-ci ildə əmək fəaliyyətinə şamaxı rayonu Sabir adına sovxozun Üzüm emalı zavodunda laborant kimi başlayıb.
1971-1973-cü illərdə Ukrayna SSR-nin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib.
1973-1975-ci illərdə şamaxı rayonu Sabir adına sovxozun Üzüm emalı zavodunda iş fəaliyyətini mikrobioloq, daha sonra kimyaçı-analitik kimi davam etdirib.
1975-ci ildə göndərişlə şamaxı r-nunun Bağırlı kəndində Üzüm emalı zavodunun yaranmasında yaxından iştirak edərək, 1978-ci ilə kimi baş şərabçı kimi fəaliyyət göstərib.
1978-1987-ci illərdə şamaxı rayonunun o vaxtki Lenin adına sovxozunda (indiki şəhriyar qəsəbəsi) Üzüm emalı zavodunda laboratoriya müdiri işləyib.
1987-1994-cü illərdə şamaxı rayonu Nəsimi adına sovxozunun Üzüm emalı zavodunda baş şərabçı, daha sonra istehsalat şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
1994-1995-ci illərdə şamaxı rayonu Göylər kəndi Üzüm emalı zavodunda direktor müavini,
1995-1997-ci illərdə şamaxı rayonu Mədrəsə sovxozun Üzüm emalı zavodunda mühəndis-texnoloq işləyib.
1999, 2004, 2009 və 2014 illərdə keçirilən bələdiyyə seçkilərinə qatılaraq əvvəlcə bələdiyyə üzvü, 2000-ci ildən hal-hazıra kimi şəhriyar qəsəbə bələdiyyəsinin sədri vəzifəsində çalışır.
2008-2015-ci illərdə Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının idarə Heyətinin üzvü olub.
2013-cü ildə Respublika Bələdiyyələri Həmkarları Təşkilatının fəxri diplomu və
2015-ci ildə “Qızıl Bələdiyyə” döş nişanı ilə təltif olunub.
Ailəlidir, üç övladı var.