ədliyyə Nazirliyinin Göyçay regional şöbəsinın təşkilatçılığı ilə ismayıllı və şamaxı rayon bələdiyyə sədrlərinin iştirakıyla "Yerli idarəetmədə kargüzarlıq məsələləri" mövzusunda seminar keçirilib.
ismayıllı rayon "Heydər əliyev mərkəzi"ndə baş tutan seminarda Göyçay regional ədliyyə şöbəsinin böyük məsləhətçisi Teymur Mustafayev çıxış edərək bələdiyyələrin üzərinə düşən vəzifələrdən danışaraq bələdiyyə tərəfindən kargüzarlıq məsələlərinə ciddi diqqət yetirmələri bildirilib, habelə şöbə əməkdaşları tərəfindən irəli sürülən təklif və tövsiyələrə diqqətlə yanaşmalı olduqları qeyd edilib.
O çıxışında bələdiyyələri bu səpgidə görməli olduqları işlərə toxunaraq prosesin sistemli şəkildə aparılmasına maraqlı olmalarını dilə gətirib.
ismayıllı Bələdiyyəsinin sədri Pərviz Ağayev çıxış edərək rəhbərlik etdiyi bələdiyyənin bu işdə gördüyü işlərdən danışaraq "Yerli idarəetmədə kargüzarlıq məslələri" mövzusunda təşkil edilən seminarın əhəmiyyətindən danışıb.
Fotolar "ismayıllı xəbərləri" qəzetinindir.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|