şamaxı rayonu relyefinə və təbiətinə görə Azərbaycanın turizm potensialı yüksək olan bölgələrindəndir. əsrarəngiz flora və faunaya, yüksək mətbəx mədəniyyətinə malik olan bu diyar qədim tarix və mədəniyyət abidələri, sənətkarlıq nümunələri, görkəmli şəxsiyyətləri ilə də məşhurdur.
“Bakı-2015” birinci Avropa Oyunları günlərində Azərbaycanın qədim mədəniyyət mərkəzi, ədəbiyyat paytaxtı şamaxıya xeyli sayda xarici turistin gələcəyi gözlənilir. Rayonda qonaqları yüksək səviyyədə qarşılamaq üçün geniş hazırlıq işləri görülüb və bu istiqamətdə tədbirlər davam etdirilir.
Rayon mədəniyyət və turizm şöbəsinin məsləhətçisi Rəfail Tağızadə AZəRTAC-a bildirib ki, bu gün şamaxı yerli və xarici qonaqları yüksək səviyyədə qəbul etmək imkanına malikdir.
743-cü ilin yadigarı olan şamaxı Cümə Məscidi tarixi memarlıq abidəsinin, astrofizika rəsədxanasının yenidənqurmadan sonra istifadəyə verilməsi, şamaxı Avaxıl avtomobil yolunun əsaslı təmiri, “şamaxı Place Platinium by Rixos” beşulduzlu otelin yüksək səviyyədə fəaliyyəti son vaxtlar rayona daha çox turist axınına səbəb olub. Bundan əlavə, turistlər şamaxının ərazisində hər cür şəraiti olan “Göy qurşağı”, “şərədil”, “ Fortuna”, “Qızıldaş”,“ şirvansaray”, “Məlhəm”, “Olimpiya kompleksi”, “Savalan”, “Dədə Qorqud”, “Dağlar qoynunda” istirahət mərkəzlərinin, “şirvan” otelin və “şamaxı” motelin xidmətindən istifadə edə biləcəklər. Qonaqlar şamaxıda, həmçinin bölgənin keçmişi və müasir dövrü, bu qədim torpağın tarixi, görkəmli şəxsiyyətləri, dünya mədəniyyətinə verdiyi incilər və sairlə də tanış olmaq imkanı qazanacaqlar.
Rayonda 5 turist marşrutu fəaliyyət göstərir. Bu marşrutlar boyunca abadlıq işləri görülür, səliqə-sahman yaradılır. Qeyd etmək yerinə düşər ki, bu marşrutlarda rayonun füsunkar təbiəti, tarixi-memarlıq abidələri ilə tanışlıq, astrofizika rəsədxanasında teleskopla ulduzlar aləmini seyr etmək hər bir turist üçün maraqlı olacaq.
Məlumdur ki, şirvanşahların iki müdafiə istehkamı - VIII-IX əsrlərə aid Gülüstan qalası, XII əsrdə əsası qoyulan Bəyqurd qalası şamaxı ərazisində yerləşir. Bununla yanaşı, Yeddi gümbəz kompleksi, Pirmərdəkan xanəgahı, Su ovdanları, Mirzə ələkbər Sabirin, Seyid əzim şirvaninin qəbirüstü abidələri şamaxıya gələn turistlər üçün olduqca maraqlı yerlərdir.
Dədəgünəş, Qəleybuğurd, Sis, Keşmədin, Qaladərəsi kəndlərinin füsunkar təbiəti, buz bulaqları, Dəmirçi kəndinin əl sənətkarlığı, mətbəxi qonaqların yaddaşından uzun illər silinməyəcək.
Rayonun keçmişini və bu gününü özündə ehtiva edən, turistləri özünə cəlb edən Heydər əliyev Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin, Mirzə ələkbər Sabirin ev-muzeyinin qapıları qonaqların üzünə açıq olacaq.
Təbii ki, bu siyahını çox uzatmaq olar. Amma istərdik ki, turistlər bütün bunları şamaxıda öz gözləri ilə görsünlər.