sorğu
Azərbaycan Respublikası Vergilər Nazirliyinin şamaxıda yerləşən Tədris Mərkəzində Bələdiyyə sədrlərinin iştirakı ilə BViS (bələdiyyə vergiləri informasiya sistemi) proqramının təqdimatı keçirilib.
Bu barədə məlumatı tədbir iştirakçısı Astara bələdiyyəsinin sədri Aygül Məmmədova verib.
iki gün davam edən təlimdə 80-dən çox bələdiyyə sədri iştirak edib. Seminarda bələdiyyələrin vergi yığımıyla bağlı rastlaşdıqları problemlər müzakirə olunub.
Azərbaycan Respublikası Vergilər Naziri Fazil Məmmədovun müvafiq sərəncamı ilə keçirilən tədbir hər üç aydan bir keçirilməklə bələdiyyələrə vergilər barəsində məlumat veriləcəyi deyilir.
Belediyye.info