"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Samux bələdiyyələrinin borcu 400 min manata yaxınlaşır

--2016-06-25 / 15:09

Samux Rayon icra Hakimiyyətinin rəsmisi Rövşən Qurbanovun Belediyye.infoya verdiyi məlumata görə, Samux bələdiyyələrinin borcu 400 min manata yaxınlaşır. Hazırda borcun  cəmi 351.428 manat təşkil edir.

Bu məbləğın 208.220 manatı DSMF-yə, 143.208 isə işçilərə əməkhaqqı borcudur.

Samux bələdiyyəsinin borcu 43 min manat, institut  qəsəbə bələdiyyəsinin borcu 35 min manat, Zazalı bələdiyyəsinin borcu 23 min manat,  Agasıbəyli bələdiyyəsinin 27 942 borcu vardır.

DSMF-yə olan borcun böyük bir qismi əsasən borcun qaytarılmaması nəticəsində yaranan peniya təşkil edir.

 Qeyd edək ki, Samuxda formalaşan 21 bələdiyyənin 2015-ci ildəki  büdcə daxil olmalarının həcmi 130.800 manat olub.

Belediyye.info

ŞƏRHLƏR