"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Samux bələdiyyələrinin büdcə gəlirlərində 11 faiz azalma var

--2019-07-06 / 19:21

Samux rayonunda formalaşan 21 bələdiyyənin əldə etdikləri maliyyə vəsaitinin həcmi 182.800 manat olub. Bu da 2017-ci illə müqayisədə büdcə gəlirlərində 11 faiz azalma deməkdir. əldə edilən vəsaitin isə 32.4 faizi bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəsindən daxil olub. Bu məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.
Samux bələdiyyələri ötən il ərzində 19.600 manatlıq əmlak vergisi, 47.300 manatlıq torpaq vergisi, 500 manatlıq dayanacaq rüsumu toplaya biliblər.

il ərzində mehmanxanalardan, mədən vergisi, reklam rüsumu bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib.

Qeyd edək ki, il ərzində 41.900 manat dövlət tərəfindən dotasiya ayrılıb.

2017-ci ildə bələdiyyələrin əldə etdikləri vəsaitin həcmi 203.900 manat olmuşdur.

Samux bələdiyyələri əldə etdikləri qazancın 43.4 faizini, yəni 82.900 manatını yerli özünidarə orqanlarının saxlanmasına, 35.8 faizini isə 68.300 manat isə mənzil kommunal təsərrüfatı sahəsinin saxlanmasına xərcləyiblər.

Belediyye.info

 

ŞƏRHLƏR