"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sarıtəpə bələdiyyəsi daha bir layihəyə imza atıb

--2018-04-02 / 17:43

şəmkir rayonu Sarıtəpə bələdiyyəsinin sədri Aytəkin Musayeva Belediyye.infoya açıqlamasında bildirib ki, bələdiyyə iclasının qərarıyla yaşayış məntəqəsinin ətrafında olan zibilxanaların ləğv edilməsinə başlanılıb.

Ötən ildən başlanan layihə çərçivəsində arıtq üç zibil yığınağı ləğv edilmişdir.

Sədrin sözlərinə görə, bələdiyyə bununla yanaşı əhali arasında ardıcıl olaraq söhbətlər aparır və görüşlər keçirir.

Bu günlərdə də layihənin davamı olaraq mərkəzi yol yaxın olan hissələrə olan iki böyük zibil yığınağı bələdiyyənin maliyəsi və maşın-mexanizmlərin köməyi ilə daşınaraq zərərsizlədirilib.

Sədrin sözlərinə görə, layihə ilin sonunadək davam etdiriləcəkdir.

Belediyye.info

ŞƏRHLƏR