"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sarıtəpə bələdiyyəsi kənd yollarını abadlaşdırır

--2016-07-12 / 11:01

şəmkir rayon Sarıtəpə bələdiyyəsinin sədri Aytəkin Musayevanın Belediyye.info verdiyi məlumata görə, bələdiyyənin təşəbbüsü ilə kəndin məhəllədaxil yollarında ciddi hamarlama işləri həyata keçirilir.

Kəndin mərkəzində yerləşən orta məktəbə gedən yol bərbad olduğundan məktəblilərin gediş gəlişində ciddi problemlər yaşanırdı. Odur ki, şəmkir bələdiyyəsinin təqdim etdiyi  maşın-mexanizmlərin köməyi ilə yollara çınqıl tökülərək yayılıb. Hamarlandıqdan sonra bərkitmə işləri həyata keçirilib.

Bələdiyyə kəndin digər məhəllələrində abadlıq işlərini davam etdirəcəkdir.

Belediyye.info

ŞƏRHLƏR