sorğu
şəmkir rayon Sarıtəpə bələdiyyəsinin sədri Aytəkin Musayevanın Belediyye.infoya açıqlamasında bildirilir ki, bələdiyyə kənd ərazisində olan qəbirstanlıqda ciddi abadlıq işləri həyata keçirib. ərazidə çoxsaylı ağaclar əkilərək, təmizlik işləri həyata keçirilib. Bu işlər bələdiyyənin daxili imkanları hesabına keçirilsə də, mütəmadi olaraq iməciliklərdə təşkil edilib.
Sədrin sözlərinə görə, bununla yanaşı kəndin mərkəzi küçəsində ciddi təmir bərpa işləri də həyata keçirilib.
Bununla yanaşı bayramlarda kəndin imkansız ailələrinə bayram payı verilib.
Qeyd edək ki, Sarıtəpə bələdiyyəsinin doqquz üzvü vardır.
Belediyye.info