"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Saritəpə bələdiyyəsi yollarda təmir işləri aparır

--2016-07-01 / 23:41

şəmkir rayon Sarıtəpə bələdiyyəsinin sədri Aytəkin Musayeva Belediyye.infoya açıqlamasında  bildirib ki, Sarıtəpə kəndinə gedən yollar bələdiyyənin təşəbbüsü və dəstəyi ilə düzəldilir.

Layihənin icrasında şəmkir bələdiyyəsinə məxsus maşın mexanizmlərdən də istifadə edilir. Hazırda mərkəzi küçədə əsaslı işlər başa çatmaqdadır.

Sədrin sözlərinə görə, nahamar yollara çınqıl toklüərək qreder  vasitəsilə hamarlanıb. Bu prosesi kəndin digər mərkəzi küçələrində də həyata keçiriləcək.

Sədrin sözlərinə görə, gələcəkdə imkan daxilində indi düzəldilən küçələrə asfalt salınması da planlaşdırılır.

Belediyye.info 

ŞƏRHLƏR