şəmkir rayon icra Hakimiyyəti Başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşlarının iştirakıyla rayonun Sarıtəpə bələdiyyəsində yerli vergi və ödənişlərin “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi”nə işlənilməsinin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib.
Müzakirələr zamanı bələdiyyənin vergi müfəttişlərinə yerli vergi və ödənişlərin yığımının artırılması, uçot sisteminin dəqiqləşdirilməsi, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması barədə metodik tövsiyyələr verilib.
Belə qərara alınıb ki, gələcəkdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, bələdiyyə torpaqlarının istifadəsi üzrə dəqiq statistik məlumatların hazırlanması kimi məsələlər bu sistemdə ətraflı şəkildə təmin edilsin.
Belediyye.infoya daxil olan məlumata görə , şəmkir RiH-nin təşəbbüsü ilə bu silsilədə müzakirələr ardıcıl olaraq rayonun bütün bələdiyyələrində aparılacaqdır.
Belediyye.info