"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sarıtəpə bələdiyyəsindən daha bir layihə

--2017-10-15 / 19:01

şəmkir rayon Sarıtəpə bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyə tərəfindən kəndin ərazisində abadlıq işləri davam etdirilir.

Hazırda bələdiyyə iclasının qərarıyla kəndə daha layihəyə yekun vurulub. Belə ki, kəndin giriş hissəsində avtomobillərin rahat hərəkəti üçün  dəyirmi yol düzəldilmiş, özü və ətrafına qazon salınmış, habelə milli ornamentlərlə bəzədilmişdir.

Sədr Aytəkin Musayevanın Belediyye.infoya açıqlamasında bildirib ki, bələdiyyə maliyyə vəziyyəti imkan verdikcə kəndin ərazisində abadlıq işlərini hər zaman davam etdirir: “inanırıq ki, həyata keçirdiyimiz bu layihədə sakinlərimizin ürəyincə olacaqdır.”

Bələdiyyənin təqdim etdiyi fotoları  oxucuların müzakirəsinə təqdim edirik.

Belediyye.info 

ŞƏRHLƏR